Serbiyada hakim qərəzi ilə üzləşən Azərbaycan boksçusu: “Haqq-ədalətin yerini tapacağına inanıram”

Serbiyada hakim qərəzi ilə üzləşən Azərbaycan boksçusu: “Haqq-ədalətin yerini tapacağına inanıram”

Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa çempionatında hakim qərəzi ilə üzləşən Azərbaycan boksçusu Yusif Ağakişiyev (75 kq) haqq-ədalətin yerini tapacağına inanır.

Bu barədə “Report”a açıqlamasında boksçu özü bildirib.

O, finalda serbiyalı boksçudan tam üstün olduğu halda hakim tərəfindən xalının kəsildiyini deyib:

“Finalda yerli boksçu Viktor Maystroviçlə döyüşürdüm. Tam udduğum və düzgün zərbələr vurduğum halda, hakim xalımı kəsdi. Xəbərdarlıq etdi ki, əlin içi ilə vururam. Amma videolarda da göründüyü kimi, elə deyildi. Rəqib ilk raundda mənə bir zərbə belə vurmamışdı. Amma nəyəsə görə qərəzli qərar çıxarıldı və xalı serbiyalı rəqibimə verdilər. Ona görə də məşqçim dözmədi, səbri tükəndi və rinqə girdi. Beynəlxalq Boks Assosasiyasının (IBA) prezidenti Umar Kremlyov açıqlamasında hakimin boksdan ömürlük uzaqlaşdırılacağını deyib. Bizim federasiya da IBA-ya məktub yolladı. Baxdılar və döyüşü mənim udduğumu gördülər. İnanıram ki, haqq-ədalət öz yerini tapar və qələbəni mənə qaytararlar. Çünki rəqibimdən tam üstün idim”.

Qeyd edək ki, Avropa birinciliyinin final görüşündə serbiyalı Viktor Maystroviçlə üz-üzə gələn Y.Ağakişiyevin çempionluğu əlindən alınıb. Döyüşün Şimali Makedoniyadan olan baş hakimi Stefan Subalevski qərəzli şəkildə rəqibin xeyrinə qərarlar verib və yarımçıq dayandırılan görüşdə serbiyalı idmançı qalib elan olunub.

Baş verənlərlə bağlı Azərbaycan Boks Federasiyası tərəfindən Beynəlxalq Boks Assosiasiyasına ünvanlanan etiraz məktubundan sonra qurumun prezidenti Umar Kremlyov şəxsi sosial şəbəkə hesabında Stefan Subalevskinin hakimlikdən ömürlük uzaqlaşdırılacağını açıqlayıb.

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Fərdi
Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Fərdi
Bakıda Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirilib

Bakıda Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirilib

Fərdi
İranlı mütəxəssis yenidən Azərbaycanın taekvondo millisinə rəhbərlik edəcək

İranlı mütəxəssis yenidən Azərbaycanın taekvondo millisinə rəhbərlik edəcək

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib