Azərbaycan millisinin futbolçusunun meneceri: “Namik Ələskərov üçün ən uyğun variant “Zirə” oldu”

Azərbaycan millisinin futbolçusunun meneceri: “Namik Ələskərov üçün ən uyğun variant “Zirə” oldu”

Azərbaycan millisinin üzvü Namik Ələskərov üçün ən uyğun variant “Zirə” olub.

Bunu “QELEBE.AZ”a açıqlamasında ötən gün Bakı klubu ilə müqavilə imzalayan yarımmüdafiəçinin meneceri Vaqif Heydərli deyib.

O, Ələskərova Türkiyə klublarından da təkliflər olduğunu deyib:

“Namik Ələskərova yerli klublarla yanaşı, Türkiyənin aşağı liqasından da dəvət gəlmişdi. Danışdıq, müzakirə apardıq. Ən uyğun və optimal variant “Zirə” olduğuna görə bu komandanı seçdik. Təbii ki, seçim zamanı maliyyə məsələləri həmişə rol oynayır. Amma bu dəfə maliyyə ön planda deyildi. Daha çox digər nüanslar rol oynadı”.

V.Heydərli futbolçunun Türkiyə klublarının təkliflərini dəyərləndirməməsinə toxunub:

“Bilirsiniz ki, Türkiyənin aşağı liqa klublarının əksəriyyətində sabitlik çatışmır. Bir-iki ay sonra nə olacağı bəlli deyil. Ona görə də Namik sabitliyi və ciddi hədəfləri olan peşəkar komanda seçməyi düşündü. Çünki hazırda onun ən böyük çatışmazlığı sabitliklə bağlıdır. Düzdür, “Sabah”da potensialını tam göstərmək üçün zədələr də imkan vermədi. Daim oynamaq üçün "Zirə" ilə uzunmüddətli müqavilə bağladı. Hazırda zədəsi yoxdur və dünəndən yeni komandasının məşqlərinə qoşulub”.

Qeyd edək ki, N.Ələskərov “Zirə” ilə "2+1" illik müqavilə bağlayıb.

Futbol
“Səbail”ə qayıdan Adil Nağıyev: “Kimin düz, kimin səhv olduğu göründü”

“Səbail”ə qayıdan Adil Nağıyev: “Kimin düz, kimin səhv olduğu göründü”

Futbol
La Liqa klubu baş məşqçisini istefaya göndərib

La Liqa klubu baş məşqçisini istefaya göndərib

Futbol
"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

Futbol
İspaniya Kosta-Rikanı darmadağın edib

İspaniya Kosta-Rikanı darmadağın edib

Futbol
“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

Futbol
"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

Futbol
Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Futbol
"Rubin"in sabiq futbolçusu həbs olunub

"Rubin"in sabiq futbolçusu həbs olunub

Futbol
"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

Futbol
Azərbaycanın 2 futbol məşqçisi “Pro” lisenziyası alıb

Azərbaycanın 2 futbol məşqçisi “Pro” lisenziyası alıb

Futbol
“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

Futbol
Moldovalı hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə üçün hər şeyi edəcəyik"

Moldovalı hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə üçün hər şeyi edəcəyik"