Emin İmaməliyev: "Qarabağ" "Şkendiya" ilə matçın favoritidir"

Emin İmaməliyev: "Qarabağ" "Şkendiya" ilə matçın favoritidir"

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə üz-üzə gələcək “Qarabağ” cütün favoritidir.

Bunu “QELEBE.AZ”a açıqlamasında Ağdam təmsilçisinin sabiq futbolçusu Emin İmaməliyev deyib.

Mütəxəssis “Şkendiya”nın asan rəqib olmadığını düşünür:

“Öncə II təsnifat mərhələsini keçdiyinə görə "Qarabağ"ı təbrik edirəm. Bu oyunlarda asan rəqib olmur. Çünki yarışda hər ölkənin çempionları mübarizə aparır. Buna baxmayaraq, “Qarabağ”a həmişə inamımız böyükdür. Albaniya komandaları bir qədər çətin olurlar. Daha çox müdafiəyəmeyilli oynayırlar. Lakin “Qarabağ”ın yetərincə təcrübəsi var. Diqqətli və ehtiyatlı olmaq lazımdır. İnanıram ki, bu mərhələni “Qarabağ” keçəcək. Ağdam təmsilçisinin hər iki oyunda qələbə qazanaraq mərhələ adlayacağını düşünürəm. Azərbaycan çempionu matçın favoritidir. Amma “Şkendiya” da sıradan komanda deyil, daha öncə Rumıniya klubunu keçiblər”.

Qeyd edək ki, avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı isə saat 20:00-da başlayacaq.

Futbol
"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

Futbol
“Mançester Yunayted” satılır

“Mançester Yunayted” satılır

Futbol
Mançester derbisində 9 qol vurulub

Mançester derbisində 9 qol vurulub

Futbol
"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Futbol
2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

Futbol
Reynaldo Silva: “Qarabağ” Konfrans Liqasında finala yüksələ bilər” - MÜSAHİBƏ

Reynaldo Silva: “Qarabağ” Konfrans Liqasında finala yüksələ bilər” - MÜSAHİBƏ

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Futbol
"Qarabağ" - "Frayburq" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Frayburq" oyununda ikinci hissə başlayıb

Futbol
Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Futbol
"Çelsi" İngiltərə millisinin futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb

"Çelsi" İngiltərə millisinin futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb