"Araz-Naxçıvan" rəsmisi: "Yunanıstanda rəqiblə yanaşı, çılğın azarkeşlərə qarşı da mübarizə apardıq"

"Araz-Naxçıvan" rəsmisi: "Yunanıstanda rəqiblə yanaşı, çılğın azarkeşlərə qarşı da mübarizə apardıq"

"Araz-Naxçıvan" Yunanıstanda "Aris"lə yanaşı, çılğın azarkeşlərə qarşı da mübarizə aparıb.

Bunu “Report”a açıqlamasında "Araz-Naxçıvan"ın icraçı direktoru Eldəniz Yusubov deyib.

O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində səfərdə "Aris"lə (Yunanıstan) heç-heçə etdikləri oyun və növbəti raundda qarşıalaşacaqları rəqib barədə danışıb:

"Aris"i yaşı təhlil edib, oyuna ciddi hazırlaşmışdıq. Məşqçilər korpusu komandanı görüşə yüksək səviyyədə kökləmişdilər. Futbolçular da verilən tapşırıqları yerinə yetirdikləri üçün hər şey xeyrimizə oldu. Yunan azarkeşlərin çılğın olduğunu hər kəs bilir. Onlar tez-tez bizim futbolçuları təzyiq altına salmağa çalışırdılar. Şükürlər olsun ki, heç bir halda öz oyunumuzu itirmədik. Növbəti rəqibimiz də artıq bəllidir. "Omoniya" da zəif rəqib deyil. Bu komanda Azərbaycan təmsilçiləri ilə qarşılaşıb. Baş məşqçimiz Elmar Baxşıyevin bu klubla bağlı müəyyən məlumatları var. İnanıram ki, bizim üçün hər şey yaxşı olacaq".

Klub rəsmisi matçdan əvvəl futbolçulara təxribata getməməklə bağlı tapşırıqların verildiyini söyləyib:

"Düzdür, bu tapşırıq futbolçulara hər oyundan əvvəl verilir. Lakin Yunanıstanda atmosfer daha fərqli idi. Oyunçulara bizi nələri gözlədiyini demişdik. Çünki rəqib futbolçularla rəqabətdən başqa, azarkeşlərlə də mübarizə aparırdıq. Lakin oyunçularımız təcrübəlidirlər, sınaqdan üzüağ çıxdılar. Sübut etdilər ki, istənilən vaxt lazımi tapşırıqları yerinə yetirməyə qadirdilər".

O, qarşılaşmanın final fitindən sonra yaşanan insidentə toxunub:

"Bu cür prinsipal oyunlarda xırda insidentlərin olması normaldır. Konkret təfərruatı sizə danışa bilməyəcəm. Amma görünən odur ki, rəqib futbolçular məğlubiyyətlə barışmırdılar. Qarşılaşma zamanı da xırda atmacalar olurdu, rəqib komandadan qaynaqlanırdı. Onları başa düşmək olardı, Bakıda məğlub olmuşdular. İnsident zamanı ciddi problem olmadı. Daha sonra ara sakitləşdi".

E.Yusubov Yunanıstanda təhlüksəzilik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:

"Təyyarədən hava limanına endikdən sonra polislər bizim təhlükəsizliyimizlə məşğul olmağa başladılar. Qaldığımız otel ciddi nəzarətdə idi. Bir sözlə, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Hər addımda bizə kömək edirdilər".

Qeyd edək ki, "Araz-Naxçıvan" ötən gün səfərdə "Aris"lə 2:2 hesablı heç-heçəyə razılaşaraq növbəti raunda adlayıb. Tərəflər arasında Bakıda keçirilən görüşdə Azərbaycan təmsilçisi qələbə qazanmışdı - 2:1.

Futbol
Edinson Kavaninin yeni klubu müəyyənləşib

Edinson Kavaninin yeni klubu müəyyənləşib

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Futbol
Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Futbol
“Turan Tovuz” qış toplanışını Türkiyədə keçirəcək

“Turan Tovuz” qış toplanışını Türkiyədə keçirəcək

Futbol
"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib

"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib

Futbol
PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

Futbol
“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

Futbol
"Qarabağ"ın legioneri: "Sabah" ciddi rəqibdir"

"Qarabağ"ın legioneri: "Sabah" ciddi rəqibdir"

Futbol
"Sivasspor"dan qələbə, "Başakşehir" "Fiorentina"nı darmadağın edib

"Sivasspor"dan qələbə, "Başakşehir" "Fiorentina"nı darmadağın edib

Futbol
Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Futbol
Fransalı futbol hakimi 42 yaşında vəfat edib

Fransalı futbol hakimi 42 yaşında vəfat edib