“Araz-Naxçıvan” Yunanıstan səfərində - YENİLƏNİR
Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, avrokubokların debütantı “Araz-Naxçıvan” Yunanıstanda “Aris”in qonağı olacaq.
Qarşılaşma saat 22:15-də start götürəcək.
İlk oyunda təmsilçimiz 2:1 hesablı qələbə qazanıb.
Naxçıvan klubunun III təsnifat mərhələsindəki potensial rəqibi “Omoniya” (Kipr) – “Torpedo Kutaisi” (Gürcüstan) cütünün qalibi olacaq.

https://mail.qelebe.az//uploads/photo/araz-naxchivan-yunanistan-seferinde-yenilenir.webp