Qurban Qurbanov: "Buraxdıqları səhvlərə görə futbolçularıma irad bildirməyəcəm"

Qurban Qurbanov: "Buraxdıqları səhvlərə görə futbolçularıma irad bildirməyəcəm"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Şelburn"la matçda buraxılan səhvlərə görə futbolçulara irad bildirməyəcək.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduqlarını bildirib:

"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Onlara səhvlərinə görə irad bildirə bilmərəm. Çünki bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı sevmir. Qələbəyə görə şadıq. Heyətə yeni cəlb olunan futbolçular yavaş-yavaş komandaya uyğunlaşırlar".

O, qarşılaşmanın 68-ci dəqiqəsində Kadi Borgesin yararlana bilmədiyi penalti zərbəsindən danışıb:

"Məncə, burada futbolçunu güclü şəkildə tənqid edə biləcək nəsə yoxdur. Bəlkə kənardan rahat görünə bilərdi. Lakin futbol matçlarında belə hallar yaşanır. Hər halda, o da istəyərdi ki, qol vursun".

Q.Qurbanov heyətə yeni hücumçu cəlb etmək istədiklərini vurğulayıb:

"Hər dəfə bu barədə danışıram. Heyətdə olan futbolçularımıza güvənirəm. Onların hər biri bizim üçün dəyərlidir. Lakin yeni oyunçulara ehtiyac olacaq. Çünki minimum UEFA Konfrans Liqasında qrup mərəhləsini təmin etdik. Ən azı futbolçuların sayının artması baxımından heyəti gücləndirəcəyik".

Baş məşqçi ardıcıl 12-ci dəfə avrokuboklarda əsas mərhələyə vəsiqə qazanmağın sevindirici hal olduğunu xatırladıb:

"Azərbaycan xalqını minimum qışa qədər öz oyunlarımızla stadiona cəlb edə biliriksə, bu çox sevindirici haldır. Artıq belə olan halda valideyinlər öz uşaqlarını daha çox futbola yazdırmağa başlayırlar. Ölkəmizdə futbol inkişaf yoluna qədəm qoyur".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” - “Şelburn” matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Futbol
FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

Futbol
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Futbol
Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Futbol
"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib

"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib

Futbol
La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

Futbol
Renat Dadaşov: "Qələbə qazandığımız üçün çox şadam"

Renat Dadaşov: "Qələbə qazandığımız üçün çox şadam"

Futbol
Mahir Emreli “Dinamo Zaqreb”in heyətində dubl edib

Mahir Emreli “Dinamo Zaqreb”in heyətində dubl edib

Futbol
FIFA dünya çempionatında komandaların qazancını açıqlayıb

FIFA dünya çempionatında komandaların qazancını açıqlayıb

Futbol
DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

Futbol
"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

Futbol
“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”