"Neftçi" basketbol klubunun məşqçisi: "Avropa Kubokunda ilk hədəf növbəti mərhələyə keçmək olacaq"

"Neftçi" basketbol klubunun məşqçisi: "Avropa Kubokunda ilk hədəf növbəti mərhələyə keçmək olacaq"

Avropa Kubokunda Azərbaycanı təmsil edəcək “Neftçi” basketbol klubunun ilk hədəfi növbəti mərhələyə keçmək olacaq.

Bu barədə “Report”a komandanın məşqçisi Daviti Çivçivadze deyib.

Gürcüstanlı mütəxəssis mübarizə aparacaqları qrupda rəqiblərin güclü olduğunu vurğulayıb:

“Bu, klub üçün tarixi andır. Komandamız Avropa Kubokunda ilk dəfə iştirak edəcək. Fəxr edirəm ki, bu hadisədə mənim də töhfəm olub. Rəqiblərə gəlincə, “Bursaspor” Avropada ev oyunlarında ən güclü olan komandalardandır və müntəzəm şəkildə pley-offda iştirak edirlər. “Trefl” ötən mövsüm Polşa çempionatının, bu il isə ölkə kubokunun qalibi olub. “Kalev/Kramo” isə son Estoniya cempionudur. Qrup çox çətindir ve biz bu rəqiblərlə mubarizə apara biləcək komanda formalaşdıracağıq. İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik. İlk hədəf növbəti mərhələyə keçməkdir. Bu, ilk iştirakımız olduğu üçün hər qələbə vacibdir”.

Məşqçi heyətdə dəyişikliklər edildiyini deyib:

“Heyətdə və məşqçilər korpusunda böyük dəyişikliklər etmişik. Vitali Stepanovski gözəl məşqçi və insandır. Onunla bu yay Yunanıstanda keçirilən konqresdə tanış olmuşdum və çox maraqlı söhbətlərimiz baş tutmuşdu. Təcrübəsi, istəyi, əminəm ki, hədəflərimizə çatmağa kömək edəcək. Baş məşqçiyə və “Neftçi”yə gələcək yarışlarda uğurlar arzulayıram. Bütün “Neftçi” fanatlarına, Azərbaycan idmansevərlərinə, xüsusilə basketbolsevənlərə demək istəyirəm ki, gəlib dəstək göstərsinlər. Dolu arenada oynamaq hər zaman əminlik yaradır”.

Qeyd edək ki, "Neftçi" Avropa Kubokunun I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mübarizə aparacaq.

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

"Azerreyl" komandasının yeni baş məşqçisi bəlli olub

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar