Azər Bağırov: "Araz-Naxçıvan” Yunanıstan klubundan üstündür"

Azər Bağırov: "Araz-Naxçıvan” Yunanıstan klubundan üstündür"

“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün üz-üzə gələcəyi “Aris”dən (Yunanıstan) üstündür.

Bunu “Report”a açıqlamasında Naxçıvan təmsilçisinin sabiq baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis klubun yay fasiləsində yaxşı transferlər həyata keçirdiyini söyləyib:

“Zirə”nin “Hayduk”la qarşılaşması onu göstərdi ki, bütün rəqiblərə qarşı oynamaq olar. Sadəcə, düzgün taktika seçmək lazımdır. Ən önəmlisi komandanı psixoloji cəhətdən qələbəyə hazırlamaqdır. “Aris” barədə düşüncələrim çox yaxşıdır. Bunula yanaşı, “Araz-Naxçıvan”ın da son vaxtlar həyata keçirdiyi transferlər və yoxlama matçları komandanın ciddi hazırlaşdığını göstərir. Fikrimcə, “Araz-Naxçıvan” bu rəqibini keçə bilər. Ən azı Azərbaycanda qələbə qazanmaq mümkündür. Demək olar yay fasiləsində ölkədə ən yaxşı transferləri “Araz-Naxçıvan” həyata keçirdi. Mənə elə gəlir, Naxçıvan komandası daha üstündür”.

O, rəqib komandanın transferlərinə toxunub:

“Hər iki tərəf raundu keçmək, zəif tərəflərini gücləndirmək istəyir. “Aris”in transfer etdiyi futbolçuların səviyyəsini bugünkü qarşılaşmada görəcəyik. “Araz-Naxçıvan” hazırlığa daha çox vaxt sərf edib. Əvvəlki heyətən Vadim Abdullayevlə yolları ayırıblar, qalan bütün futbolçuları isə saxlayıblar”.

Məşqçi azarkeşlərin sayının az olmasının da oyuna təsir edəcəyini vurğulayıb:

“Azarkeş məsələsi komandanın oyununa təsir edə bilər. Mən və yaxın dostlarım bu gün “Araz-Naxçıvan”ı dəstəkləməyə gedəcəyik. Azarkeşsiz futbol olmur. Komanda "doğma divarlar" arasında oynasa, daha çox dəstək görər. Vaxtilə “Araz-Naxçıvan”da çalışanda bunu görmüşəm”.

Qeyd edək ki, “Araz-Naxçıvan” - “Aris” görüşü bu gün, saat 20:00-da "Dalğa Arena"da start götürəcək.

Futbol
Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Futbol
Qaret Beyl karyerasını bitirdiyini elan edib

Qaret Beyl karyerasını bitirdiyini elan edib

Futbol
Çempionlar Liqasında uduzan “Leypsiq”in baş məşqçisi istefaya göndərilib

Çempionlar Liqasında uduzan “Leypsiq”in baş məşqçisi istefaya göndərilib

Futbol
"Qarabağ" braziliyalı yarımmüdafiəçiyə təklif göndərib

"Qarabağ" braziliyalı yarımmüdafiəçiyə təklif göndərib

Futbol
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov istefa verib

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov istefa verib

Futbol
Samir Abasov: "Oyun yoxdursa, nə danışasan?"

Samir Abasov: "Oyun yoxdursa, nə danışasan?"

Futbol
Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Futbol
“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

Futbol
Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"

Futbol
UEFA rusiyalı futbolçunun Polşaya buraxılmayacağı xəbərinə münasibət bildirib

UEFA rusiyalı futbolçunun Polşaya buraxılmayacağı xəbərinə münasibət bildirib

Futbol
“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib