"Araz-Naxçıvan"ın baş məşqçisi: "Türkiyədəki toplanışın bəhrəsini görəcəyik" - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Türkiyədəki toplanışın bəhrəsini görəcəyik" - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "QELEBE.AZ"a müsahibə verib. Mütəxəssis komandanın Türkiyədəki təlim-məşq toplanışı, keçirdiyi yoxlama oyunları və hazırkı durumundan danışıb. O, həmçinin UEFA Konfrans Liqasında Yunanıstan təmsilçisi "Aris"ə qarşı keçirəcəkləri qarşılaşma barədə fikirlərini bildirib.

- Türkiyədə baş tutan təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?
- Komandamız üçün maraqlı, xeyirli bir toplanış oldu. İki həftə ərzində həm fiziki, həm də taktiki-texniki planda çalışdıq. Uşaqlar həm həvəsli, həm də istəkli idilər, verilən tapşırıqları maksimum dərəcədə yerinə yetirməyə çalışırdılar. Yeni transferlərimizin uyğunlaşması baxımından da bu toplanış faydalı oldu. "Aris"lə oyunun hazırlığının son hissəsini Bakıda reallaşdıracağıq. Toplanış vaxtı müəyyən yükləmələr verildi, taktiki-texniki çalışmalar oldu. Bunun bəhrəsini tədricən görəcəyik. Ona görə komandanın 100 faiz hazır olduğunu demək olmaz. Ancaq bu göstəricinin 70-80 faizə yaxın olduğunu düşünürəm.

- Toplanış zamanı müsbət və mənfi məqamlar nədən ibarət oldu?

- Qaldığımız oteldə qidalanma ilə bağlı yaxşı şərait yaradılmışdı. Məşq meydanları da normal idi. Yaxşı hazırlaşmaq üçün hansısa problem yox idi. Komanda olaraq nə istədiyimizi, nələr etməli olduğumuzu futbolçular dərk etdilər. Məqsədə nail olmaq üçün maksimumu etməyə çalışırdılar. Təbii ki, indi hazırlığın elə mərhələsidir ki, komandada hər şeyin ideal olduğunu da demək olmaz. Verilən yükləmələr, məşqlər mövsüm ərzində özünü göstərəcək.

- Keçirdiyiniz yoxlama görüşləri arasında "Trabzonspor" kimi tanınmış komandaya qalib gəlməyiniz yaxşı mənada təəccübləndirdi. Bu qarşılaşmaya xüsusi hazırlaşmışdınız?

- Ərzurumdakı toplanışla bağlı planlar quranda 3-4 yoxlama oyunu keçirmək istədiyimizi bildirmişdik. İlk oyunda həvəskar komanda ilə qarşılaşdıq. Sonra 3 oyunumuz Türkiyə Superliqası təmsilçisi oldu. Maraqlı görüşlər keçirdik. Futbolçuların hamısına oynamaq imkanı yaratdıq. Hansısa oyuna xüsusi hazırlaşmamışdıq. Xüsusi diqqət yetirdiyimiz məqamlar var idi ki, ona fokuslanırdıq. Yəni yoxlama oyunlarındakı nəticədən çox, komandanın meydanda gördüyü iş bizi düşündürürdü. “Trabzonspor”un ölkəmizdə də azarkeşləri çoxdur və bu oyuna marağın böyük olduğunu bilirdik.

- Yeni transferlərdən ən çox kimin oyunu sizə xoş təsir bağışladı?
- Kimisə xüsusi fərqləndirmək istəməzdim. Hər birini dəfələrlə izləmişik və diqqətimizi cəlb edən hansısa məqam olub ki, transfer etmişik. Hər birinin komandada xüsusi rolu var. Bura qarşıya qoyulan məqsədə nail olmaqda kömək etmək üçün gəliblər.

- "Araz-Naxçıvan"dan ayrılanlar sırasında yer alan Vadim Abdullayev komandanın ona yeni müqavilə təklif edəcəyini gözləyirmiş. O, bildirib ki, "Araz-Naxçıvan"ın avrokuboklara vəsiqə qazanmasında əsas pay sahiblərindən biri olub. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Vadim komandamızın aparıcı üzvlərindən olub. Əlbəttə, qazanılan uğurda o da daxil olmaqla komandanın bütün üzvlərinin xidməti olub. Buna görə təşəkkür edirik. Avrokuboklara yüksəldikdən sonra heyəti gücləndirməli idik. Həmin mövqeyə transfer etdiyimiz futbolçunu da tanıyırsız. Vadimə yeni komandasında uğurlar arzulayıram. Yenə də Premyer Liqada oynayacaq.

- Ümumiyyətlə, komandanın qarşısına avrokuboklarda hansı hədəflər qoyulub?

- Yaxşı çıxış etmək və mümkün qədər çox mərhələ adlamaq istəyirik. İnanıram ki, avrokuboklar bizim üçün uğurlu keçəcək.

- Konfrans Liqasındakı rəqibiniz "Aris"i təhlil etmisiniz?

- Bəli, rəqiblə bağlı müəyyən məlumatlara sahibik. Güclü komandadır, yaxşı hazırlaşıblar, bir neçə transferlər ediblər. Komandaya lazım olan məlumatı Bakıda verəcəyik.

Futbol
Rusiya klubu baş məşqçisini istefaya göndərib

Rusiya klubu baş məşqçisini istefaya göndərib

Futbol
Tərlan Əhmədov: “Eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”

Tərlan Əhmədov: “Eşitdiyimə görə, Şuaybu ilə maraqlananlar var”

Futbol
“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

Futbol
İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxarıb

İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxarıb

Futbol
Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Futbol
“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

Futbol
Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Futbol
"Bavariya"nın futbolçuları baş məşqçidən narazıdır

"Bavariya"nın futbolçuları baş məşqçidən narazıdır

Futbol
UEFA "Qarabağ"la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb

UEFA "Qarabağ"la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb

Futbol
"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

Futbol
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

Futbol
Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"