UEFA Konfrans Liqası: “Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışa çıxarılıb
UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununun biletləri bu gün satışa çıxarılıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.
Biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2 manatdır. Biletlər hər gün saat 10:00-dan 21:00-dək "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.
Qeyd edək ki, tərəflər arasında ilk qarşılaşma iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

https://mail.qelebe.az//uploads/photo/uefa-konfrans-liqasi-araz-naxchivan-aris-oyununun-biletleri-satisha-chixarilib.webp











