Azərbaycan Basketbol Federasiyasının rəsmisi: "Avropanın ən güclü 12 komandası arasında yer almağımız uğurdur"

Azərbaycan Basketbol Federasiyasının rəsmisi: "Avropanın ən güclü 12 komandası arasında yer almağımız uğurdur"

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət yığmasının Avropanın ən güclü 12 komandası arasında yer alması uğurdur.

Bunu “Report”a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz deyib.

O, Avropa çempionatında ən gənc komanda ilə mübarizə apardıqlarını söyləyib:

“İlk dəfə qızlardan ibarət U-18 komandamız B divizionunda mübarizə apardı. Qrupda ilk iki komandadan biri ola və “8-liy”ə düşə bilmədik. Amma ümumilikdə yarışı dörd qələbə ilə tamamlamağımızı və Avropanın ən güclü 12 komandası arasında yer almağımızı uğur kimi qiymətləndirirəm. Bizə gələcək üçün ümid verən nəticədir. Bunu da qeyd edim ki, yarışda ən gənc komanda ilə mübarizə apardıq. 2007-2008 təvllüdlü basketbolçularla yanaşı, iki nəfər 2009 və 2010, bir nəfər 2011 təvəllüdlü oyunçuya da şans verdik. Bu da gələcək üçün önəmli işarədir. Başda Evren Alkaya olmaqla bütün məşqçilər korpusunu və idmançıları təbrik edirəm. Gələcəkdə bizi gözəl günlərin gözlədiyini düşünürəm”.

Qurum rəsmisi U-16-nın Avropa çempionatındakı nəticələrinə də toxunub:

“Təəssüf ki, 16 yaşadək oğlan basketbolçulardan ibarət komandadan istədiyimiz nəticəni ala bilmədik. Bu nəsillə bağlı bəzi problemlərin olduğunu və rotasiya baxımından sıxıntı yaşadığımızı yarışa qatılmadan öncə də bilirdik. Komanda 2010 təvəllüdlü basketbolçulardan ibarətdir. Təbii ki, daha yaxşı nəticəyə imza atmaq istərdik. Qrupda oyunlarını heç izləmədiyimiz Andorraya məğlub olduq və 4 qələbə ilə beşinci yeri tutduq. Amma bu yarışın xüsusilə 2010 təvəllüdlü basketbolçular üçün önəmli təcrübə olduğunu və növbəti turnirdə daha güclü və iddialı bir U-16 görəcəyimizi düşünürəm. Daha 6 yaş qrupunu inkişaf etdirmək istəyirik. Ümid edirəm ki, hər gələn nəsil öncəkindən daha yaxşı olacaq. Qarşıdakı illərdə U-16-nın daha uğurlu nəticələr imza atacağına inanıram”.

Qeyd edək ki, Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatınının C divizionunu 5-ci pillədə tamamlayıb. Qızlardan ibarət U-18 komandası isə B divizionunda 12-ci olub.

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Komanda
Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Komanda
Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Həndbol üzrə Azərbaycan çempionatında yeni mövsümünün püşkü atılıb

Komanda
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq