Azərbaycan Premyer Liqasının püşkatma mərasimi keçiriləcək
Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Apasport.az xəbər verir ki, tədbir iyulun 18-də "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq.
Püşkatma "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.

https://mail.qelebe.az//uploads/photo/azerbaycan-premyer-liqasinin-pushkatma-merasimi-kechirilecek.webp