UFC döyüşçüsü Nazim Sadıxov Tbilisidə azərbaycanlı və gürcü gənc idmançılarla görüşüb

UFC döyüşçüsü Nazim Sadıxov Tbilisidə azərbaycanlı və gürcü gənc idmançılarla görüşüb

İyunun 23-də Bakıda keçirilən “UFC Fight Night” turnirində rəqibini nokautla məğlub edərək çempion titulunu qazanan azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı və gürcü gənc idmançılarla görüş keçirib.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, tədbir yeddiqat dünya və üçqat Avropa çempionu Alim Nəbiyevin təşəbbüsü ilə təşkil olunub.

A.Nəbiyev bildirib ki, görüşün əsas məqsədi gənclər arasında idmana marağın artırılması, onları qarşıdakı yarışlara ruhlandırmaq və dəstək göstərməkdir. Onun sözlərinə görə, belə təşəbbüslər həm idmançılar arasında həmrəyliyi gücləndirir, həm də yeni nəsil üçün örnək yaradır.

Tədbir çərçivəsində Nazim Sadıxov gənclərlə səmimi söhbət aparıb, onların suallarını cavablandırıb və şəxsi təcrübəsini bölüşüb.

UFC döyüşçüsü müsahibəsində Tbilisiyə ilk dəfə səfər etdiyini qeyd edib:

“Səfərimin məqsədi gənclərə motivasiya vermək, onların idmana və qələbəyə inamını artırmaqdır. Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar arasında dünya və Avropa çempionları, beynəlxalq yarışların qalibləri var. Yeniyetmə və gənclər arasında da idmana maraq böyükdür. Məqsədimiz onları ruhlandırmaq, gələcək qələbələrə həvəsləndirmək və Azərbaycan bayrağını beynəlxalq arenalarda daha da yüksəklərə qaldırmaqdır”.

Sadıxov Gürcüstanda yaşayan soydaşlarımızın idmana olan marağını yüksək qiymətləndirib və onlara dəstək göstərəcəyini bildirib.

Görüş zamanı birgə məşq təlimi keçirilib, fərqlənən gənc idmançılara dəbilqə və müxtəlif idman aksesuarları təqdim olunub.

Qeyd edək ki, Nazim Sadıxov hazırda UFC-də çıxış edən ilk azərbaycanlı döyüşçülərdən biridir və beynəlxalq yarışlarda uğurla çıxış edir.

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Fərdi
Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Fərdi
Şəkidəki ilk idman festivalından reportaj

Şəkidəki ilk idman festivalından reportaj

Fərdi
Dünya rekordçusu karyerasını bərpa edir

Dünya rekordçusu karyerasını bərpa edir

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Fərdi
Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Fərdi
BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Fərdi
Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Fərdi
Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Fərdi
Aydın Süleymanlı: "Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir"

Aydın Süleymanlı: "Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir"