"Araz-Naxçıvan"ın yeni transferi: "Bura qələbələr qazanmaq üçün gəlmişəm"

"Araz-Naxçıvan"ın yeni transferi: "Bura qələbələr qazanmaq üçün gəlmişəm"

"Araz-Naxçıvan"ın yeni transferi Hamidu Keyta komandaya kömək etmək və qələbələr qazanmaq üçün gəlib.

"QELEBE.AZ" xəbər verir ki, futbolçu bu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Fransalı yarımmüdafiəçi Naxçıvan təmsilçisinə keçidi və qarşıdakı oyunla bağlı danışıb:

“Araz-Naxçıvan”a keçdiyimə görə şadam və həvəslə futbol mövsümünün başlamasını gözləyirəm. Komandanın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Bura kömək etmək, qələbələr qazanmaq üçün gəlmişəm. “Araz-Naxçıvan” ötən mövsüm yaxşı nəticələr qazandı. Komandanın üçüncü yeri tutması, UEFA Konfrans Liqasına vəsiqə qazanması yaxşı işlərin nəticəsidir. Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir. Üstəlik, komandada kifayət qədər tanıdığım futbolçular yer alıb".

O, Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan təmsilçisinə qarşı keçirəcəkləri oyunlara da toxunub:

"Bizim üçün əsas sınaq “Aris”lə matçla başlayacaq. Bu görüşü final oyunu da adlandırmaq olar. Bilirik ki, yaxşı bir kollektivə qarşı mübarizə aparacağıq. Rəqibi düzgün təhlil edəcəyik və yaxşı hazırlaşacağıq. Bunun üçün vaxtımız var. Transferlərimiz də komandanı gücləndirəcək oyunçulardır”.

Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Futbol
Laurentsiu Regekampf: “Bu mövsüm məqsədimiz kuboku qazanmaqdır”

Laurentsiu Regekampf: “Bu mövsüm məqsədimiz kuboku qazanmaqdır”

Futbol
AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

Futbol
Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Premyer Liqa: "Qəbələ" - "Qarabağ" oyununun hakimləri bəlli olub

Futbol
Azərbaycan Birinci Divizionu dünyada ilk “10-luğ”a düşüb

Azərbaycan Birinci Divizionu dünyada ilk “10-luğ”a düşüb

Futbol
İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

Futbol
Merih Demiralın evi qarət olunub

Merih Demiralın evi qarət olunub

Futbol
Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Futbol
Joze Mourinyo futbolçulardan birinə "Roma"dan ayrılmağı tövsiyə edib

Joze Mourinyo futbolçulardan birinə "Roma"dan ayrılmağı tövsiyə edib

Futbol
Avropa Liqası: Pley-offun növbəti iştirakçıları bəlli olub

Avropa Liqası: Pley-offun növbəti iştirakçıları bəlli olub

Futbol
"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

Futbol
Aftandil Hacıyev: “Neftçi” “Qarabağ”dan üstündür”

Aftandil Hacıyev: “Neftçi” “Qarabağ”dan üstündür”