Qurban Qurbanov: "İki və ya üç oyunçu transfer etmək istəyirik"

Qurban Qurbanov: "İki və ya üç oyunçu transfer etmək istəyirik"

"Danışıqlar apardığımız bir neçə futbolçu var. İki və ya üç oyunçu transfer etmək istəyirik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "İlin idman yekunları" qala mərasimində jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, bəzən transfer məsələləri düşündükləri kimi alınmır: "İstənilən halda, yenə də işimizi davam etdirəcəyik".

Onun sözlərinə görə, son günlər Kadi Borges və Marko Veşoviçlə bağlı xəbərlərin yayılmasında səbəbkar özüdür: "İstədim ki, səmimi olum. Bunlar 2 günün xəbəri deyil. İlboyu danışıqlar, təkliflər olur. Sadəcə, danışıqların hansı mərhələyə gəlib çatdığı bilinmir. Əcnəbi klubların Kadi Borges və Marko Veşoviçlə maraqlandıqlarını demişəm. Bəzən bir futbolçu ilə müqavilə bağladıqda, oraya oyunçunun özü və ya agenti tərəfindən hansısa bənd qoyulur ki, bu da müəyyən səlahiyyətləri klubun əlindən alır. Belədə gedən futbolçunun qarşısını ala bilmirik. Hər bir halda yenə də ümumi danışıqlarımız gedir".

Təcrübəli baş məşqçisi braziliyalı yarımmüdafiəçiyə uzun müddətdir maraq olduğunu vurğulayıb: "Təkcə "Krasnodar" yox, başqa bir neçə ölkənin klubu onu diqqət mərkəzində saxlayırdı. Bunlar normal haldır. Ötən yay Kvabena Ovusu və Leandro Andrade ilə də maraqlanmışdılar. Bizim özümüz də bəyəndiyimiz futbolçuların klubları ilə əlaqə saxlayır, danışıqlar aparırıq. Normal prosesdir. Sadəcə, bu, nə dərəcə bizim xeyrimizə olacaq, qarşıdakı günlərdə və ya aylarda bilinəcək".

Qurbanov özünə də bəzi təkliflərin gəldiyini gizlətməyib: "Futbolçularla maraqlandıqları kimi, mənə də agentlər tərəfindən çıxışlar olur. Müəyyən təkliflər irəli sürürlər. Amma mən "Qarabağ"a bağlı insanam".

İlin yekunlarını da dəyərləndirən mütəxəssis bunları söyləyib: "2022-ci ili idman ili adlandırmaq olar. Bütün növlərdə çox yaxşı nəticələr qazanıldı. Futbola gəldikdə, bəlkə də Azərbaycanda "idmanın şahı"nın ən yaddaqalan ili oldu. "Qarabağ" olaraq, Çempionlar Liqasının təsnifat mərhələsindəki bütün oyunlarımız çox gərgin və maraqlı alındı. Avropa Liqasının pley-off mərhələsinə düşmək üçün son anadək şansımız var idi. Bütün matçlarda ajiotaj oldu. Azarkeşlər təkcə stadionda deyil, bildiyim qədərilə, kinoteatrlarda, küçələrdə, monitorlarda bizim oyunlarımızı izləyirdilər. Bu, mənə çox xoş təsir bağışladı. Bu il həm çempionluğu, həm ölkə kubokunu qazanmaq, həm də minimum Avropa Liqasının qrupuna düşmək bizim üçün yaxşı nailiyyət oldu. Təcrübəmiz daha da çoxaldı. Yadda qalan il oldu".

Futbol
Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Futbol
"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

Futbol
PFL prezidenti: “Mütləq sponsor olmalıdır düşüncəsi ilə kiminlə gəldi anlaşmaq düzgün olmaz” - MÜSAHİBƏ

PFL prezidenti: “Mütləq sponsor olmalıdır düşüncəsi ilə kiminlə gəldi anlaşmaq düzgün olmaz” - MÜSAHİBƏ

Futbol
Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
Premyer Liqa rekordu: “Mançester Yunayted" ötən mövsüm maaşlara 430 milyon avro xərcləyib

Premyer Liqa rekordu: “Mançester Yunayted" ötən mövsüm maaşlara 430 milyon avro xərcləyib

Futbol
İngiltərə yığmasının futbolçusu tarixə düşüb

İngiltərə yığmasının futbolçusu tarixə düşüb

Futbol
Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Futbol
"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

Futbol
Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Futbol
"Qəbələ"nin oyununda əlbəyaxa dava düşüb

"Qəbələ"nin oyununda əlbəyaxa dava düşüb

Futbol
DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb