Bütün futbolçuları və texniki heyəti ilə vidalaşan Azərbaycan klubunun hədəfi açıqlanıb

Bütün futbolçuları və texniki heyəti ilə vidalaşan Azərbaycan klubunun hədəfi açıqlanıb

Bütün futbolçuları və texniki heyəti ilə yolları ayıran “Şirvan” klubu Azərbaycan II Liqasının 2025/2026 mövsümündə ilk “3-lüy”ə düşmək üçün mübarizə aparacaq.

Bunu “QELEBE.AZ”a klubun meneceri Emin Məmmədov bildirib.

O, baş məşqçi ilə yeni müqavilə bağladıqlarını söyləyib:

“Futbolçuların və texniki heyətin bizimlə müqaviləsinin müddəti 1 illik idi. Bu müdət bitdiyinə görə futbolçuları azad agent etdik. Digər tərəfdən, II Liqa məsələsi var. Region Liqasının bir üst səviyyəsidir. Bununla yanaşı, əvvəlki heyətdən bəzi futbolçularla müqavilə bağlayacağıq. Artıq baş məşqçi Pərviz Bayramovla yeni müqavilə bağlamışıq. Komandaya dəvət olunacaq oyunçuları da o seçəcək. Çünki ondan tələblərimiz olacaq və əsas yük baş məşqçinin üzərinə düşəcək. Təbii ki, nəticəyə də o, məsuliyyət daşıyacaq. Danışıq apadığımız oyunçular var”.

Emin Məmmədov yerli oyunçulara üstünlük veriləcəyini vurğulayıb:

“Hələ ki, planımızda legioner transferi yoxdur. Əsasən yerli və daha təcrübəli oyunçulara üstünlük vermək istəyirik. Hesab edirəm ki, yerli oyunçuların sayı kifayət qədərdir və bu il daha da artacaq. Çünki yuxarı liqalarda legioner sayı artdığı üçün yerlilər kənarda qalır. Onların arasında da II Liqada oynayacaq səviyyədə futbolçular olacaq. “Şirvan” heç vaxt bu 3 liqada oynamayıb. Yeni mövsümdə məqsədimiz çempionluq, ən azı ilk “üçlük”də qərarlaşmaqdır. Region Liqasında çıxış edəndə də yerli futbolçular transfer etmişdik. Məqsəd II liqaya yüksəlmək idi. Həmçinin I Liqaya yüksəlmək üçün də vuruşmalısan. Düzdür, ilk mövsümdə ola bilər bu baxımdan çətinlik yaşayaq. İstənilən halda məqsədimiz dəyişmir”.

Qeyd edək ki, “Şirvan” 2025/2026 mövsümündə Azərbaycan II Liqasında oynamaq hüququ qazanıb.

Futbol
"Səbail" - "Qarabağ" oyununun ikinci hissəsi elektrik enerjisi kəsildiyi üçün gec başlayıb

"Səbail" - "Qarabağ" oyununun ikinci hissəsi elektrik enerjisi kəsildiyi üçün gec başlayıb

Futbol
Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Futbol
Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Futbol
Millətlər Liqası: "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb

Millətlər Liqası: "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb

Futbol
Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Futbol
"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

Futbol
Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Futbol
Azərbaycanın U-21 millisinin baş məşqçisi: "Hələ hesabın təsiri altındayam"

Azərbaycanın U-21 millisinin baş məşqçisi: "Hələ hesabın təsiri altındayam"

Futbol
Pelenin diaqnozu məlum olub

Pelenin diaqnozu məlum olub

Futbol
Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Futbol
İspaniyanın qadınlardan ibarət millisi dünya çempionu olub

İspaniyanın qadınlardan ibarət millisi dünya çempionu olub

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Bizim üçün həlledici matçdır"

"Olimpiakos"un baş məşqçisi: "Bizim üçün həlledici matçdır"