“Sabah”ın baş məşqçisi: "Qazaxıstanda qazanılan çempionluq sevindirici və dəyərlidir"

“Sabah”ın baş məşqçisi: "Qazaxıstanda qazanılan çempionluq sevindirici və dəyərlidir"

“Sabah”ın U-14 komandasının baş məşqçisi İlqar Mənsimov Qazaxıstanın Konayev şəhərində keçirilən "Qonaev City Cup" beynəlxalq turnirinin qalibi olmaları barədə təəssüratlarını bölüşüb.

Mütəxəssis bu barədə “QELEBE.AZ”a danışıb.

“İstənilən beynəlxalq turnirin uşaqlara təsiri olduqca böyükdür. Bu turnir də komanda üzvlərində çox xoş təəssüratlar yaratdı. Bizim üçün burada nəticədən daha vacibi uşaqların ölkə xaricində oyun təcrübəsi qazanması, fərqli mühitlərdə özlərini sınamaları idi. Azyaşlı futbolçuların belə turnirlərdə iştirak etmələri, başqa ölkələrdən olan həmyaşıdları ilə tanış olub ünsiyyət qurmaları, fərqli oyun üslubları ilə qarşılaşmaları onların inkişafında mühüm rol oynayır. Əlbəttə, çempionluq da istənilən halda sevindirici və dəyərlidir”, - deyə o bildirib.

İ.Mənsimov komandadan razı qaldığını vurğulayıb:

“Turnir boyunca uşaqların həm davranışları, həm də meydandakı çıxışlarından tam razı qaldım. Onlar həm komanda mədəniyyətini, həm də meydanda peşəkar yanaşmanı nümayiş etdirdilər. “Sabah” Futbol Akademiyası hər zaman aşağı yaş qruplarının beynəlxalq turnirlərdə iştirakını dəstəkləyib. Qarşıda başqa komandalarımızın da müxtəlif beynəlxalq turnirlərdə iştirakı gözlənilir".

Qeyd edək ki, “Sabah” turnirin final matçında yerli “OSDYŞ Konayev” komandasını 9:0 hesabı ilə üstələyərək çempion olub.

Futbol
Canni de Byazi iki futbolçudan imtina edib

Canni de Byazi iki futbolçudan imtina edib

Futbol
DÇ-2022: Cənubi Koreya 1/8 finala çıxıb, Uruqvay və Qana qrupda qalıb

DÇ-2022: Cənubi Koreya 1/8 finala çıxıb, Uruqvay və Qana qrupda qalıb

Futbol
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya" ilə qarşılaşacaq

Çempionlar Liqası: "Mançester Siti" "Borussiya" ilə qarşılaşacaq

Futbol
Ronaldunun posteri "Old Trafford" stadionundan götürülüb

Ronaldunun posteri "Old Trafford" stadionundan götürülüb

Futbol
A Seriyası: “Roma” “Verona”nı məğlub edib

A Seriyası: “Roma” “Verona”nı məğlub edib

Futbol
DÇ-2022: Açılış oyununda hesab açılıb

DÇ-2022: Açılış oyununda hesab açılıb

Futbol
"Qarabağ"ın dünya reytinqindəki mövqeyi dəyişməz qalıb

"Qarabağ"ın dünya reytinqindəki mövqeyi dəyişməz qalıb

Futbol
"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

Futbol
Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Futbol
"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

Futbol
Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Samir Əliyev: "AFFA-dan daha güclü rəqiblərin tapılmasını istədim"

Futbol
Kadinin Rusiya klubuna keçidi baş tutmaya bilər

Kadinin Rusiya klubuna keçidi baş tutmaya bilər