“Araz-Naxçıvan” rəsmisi: "Təhlükəsizliklə bağlı Yunanıstan klubundan tələblərimiz olacaq"

“Araz-Naxçıvan” rəsmisi: "Təhlükəsizliklə bağlı Yunanıstan klubundan tələblərimiz olacaq"

“Araz-Naxçıvan” klubunun rəhbərliyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris”in (Yunanıstan) nümayəndələri ilə təşkilatçılıqla bağlı danışıqlara başlayıb.

Bu barədə “QELEBE.AZ”a Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov bildirib.

O, ilk növbədə tanışlıq xarakterli söhbətlər aparıldığını söyləyib:

“Püşkatmadan dərhal sonra rəqib komandanın nümayəndələri ilə əlaqə saxladıq. Tanışlıq xarakterli, ilkin danışıqlar oldu. Tələblər barədə yazışmalar başlayıb. Təbii ki, təşkilatçılıqla bağlı elə də çətin proses yoxdur. Amma hər incə məqam tərəflər arasında razılaşdırılacaq. Hələ ki, məlumatlar dəqiqləşdirilir. Stadion, klubun şəraiti, yerləşdikləri şəhər, viza, nəqliyyat və logistika məsələləri, komandanın qarşılanması və yola salınması ilə bağlı ilkin söhbətlərimiz olub. Ən ciddi məsələlərdən biri təhlükəsizliklə bağlı olacaq. Tərəfimizdən tələblər qoyulacaq. Onlar da müəyyən şərtlər irəli sürə bilərlər”.

Klub rəsmisi “Aris”i tanıdıqlarını deyib:

“Çox ciddi və kifayət qədər güclü rəqiblə üz-üzə gələcəyik. Komandanı tanıyırıq. Artıq bəzi məlumatlar əldə olunub. Məşqçilər korpusu da məlumatları təhlil edirlər. Bilirik ki, rəqib transferlər həyata keçirir. Kifayət qədər güclü heyətləri var. Bu, onların çempionatdakı nəticələrindən də bəllidir. Əsasən ispaniyalı legionerlərdən istifadə edirər. Səhv etmirəmsə, 8-ə yaxın əcnəbi oyunçuları var. Braziliyadan və digər ölkələrdən futbolçular cəlb ediblər. Kifayət qədər ciddi klublarla bağlılığı olan futbolçular var. Amma bunlar ilkin məlumatlardır. Məlumatlar tərəfimizdən araşdırılacaq”.

E.Yusubov heyəti gücləndirmək üçün işlərin davam etdiyini vurğulayıb:

“Komanda avrokuboklarda ilk dəfə çıxış etsə də, futbolçuların bir çoxu təcrübəsiz deyil. Avroliqa təcrübəsi olanlar, həmçinin yeni transferlərimiz də var. Heyəti gücləndirmək baxımından işlər görülür. Təcrübəsizlik deməzdim, belə oyunlarda komandanın hazırlığı və futbolçuların səviyyəsi rol oynayır. Əsas üstünlüyümüz odur ki, ötənilki heyəti 70-80 % qoruya bilmişik. Yeni futbolçular əlavə etməklə heyəti daha da gücləndirəcəyik”.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını isə səfərdə keçirəcək.

Futbol
"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"

"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"

Futbol
Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Futbol
FIFA Almaniya millisi barədə qərarını verib

FIFA Almaniya millisi barədə qərarını verib

Futbol
Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Futbol
Son dünya çempionu qələbə ilə başlayıb

Son dünya çempionu qələbə ilə başlayıb

Futbol
Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək

Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Futbol
Qurban Qurbanov: "Şahruddin Məhəmmədəliyev çox dilxordur"

Qurban Qurbanov: "Şahruddin Məhəmmədəliyev çox dilxordur"

Futbol
A Seriyası: “Roma” “Verona”nı məğlub edib

A Seriyası: “Roma” “Verona”nı məğlub edib

Futbol
Joze Alesio de Silva: "İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik"

Joze Alesio de Silva: "İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik"

Futbol
Nurlan İbrahimovun vəkili: "Heç bir yol qalmayıb, sadəcə, Avropa Məhkəməsinə müraciət etmək olar"

Nurlan İbrahimovun vəkili: "Heç bir yol qalmayıb, sadəcə, Avropa Məhkəməsinə müraciət etmək olar"

Futbol
Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib