Azərbaycan Kubokunun finalında 24-cü dəfə fərqli komandalar üz-üzə gələcəklər

Azərbaycan Kubokunun finalında 24-cü dəfə fərqli komandalar üz-üzə gələcəklər

Azərbaycan Kubokunun finalında 24-cü dəfə fərqli komandalar üz-üzə gələcəklər.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əvvəlki 30 finalda 23 fərqli cüt qarşılaşıb.

Əvvəlki 23 cütdən biri 3, beşi 2, digərləri bir dəfə qarşılaşıb. Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə baş tutan cütün duellərində bakılılar 1995/1996 (3:0), ağdamlılar isə 2014/2015 (3:1) və 2015/2016 (1:0) mövsümlərində qalib gəliblər.

Dörd cütdə isə eyni komanda hər iki matçda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998/1999 (0:0, p. - 5:3) və 2003/04 (1:0, əlavə vaxtda), “Kəpəz” “Qarabağ”ı 1997/1998 (2:0) və 1999/2000 (2:1), “Xəzər Lənkəran” “İnter”i 2007/2008 (2:0, əlavə, vaxtda) və 2010/11 (1:1, p. - 4:2), “Qarabağ” “Zirə”ni 2021/2022 (1:1, p. - 4:3) və 2023/2024 (2:1) mövsümlərində üstələyib. “Neftçi” ilə “Qəbələ” arasında finallarda isə hər komanda bir dəfə qalib gəlib. 2013/2014 mövsümündə bakılılar (1:1, p. - 3:2), 2022/2023 mövsümündə isə qəbələlilər (1:0, əlavə vaxtda) kuboka sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalında bu dəfə "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcəklər. Həlledici matç mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Futbol
Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Futbol
UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına salıb

UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına salıb

Futbol
DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

Futbol
Mahir Emreli "Dinamo"nun heyətində növbəti qələbəyə sevinib

Mahir Emreli "Dinamo"nun heyətində növbəti qələbəyə sevinib

Futbol
Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Futbol
Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"

Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"

Futbol
Avropa Liqası: "Qarabağ"ın oyunu azarkeş sayına görə ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın oyunu azarkeş sayına görə ilk "5-lik"də yer alıb

Futbol
Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Futbol
İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

Futbol
Moldova millisinin Azərbaycanla oyun üçün yekun heyəti açıqlanıb

Moldova millisinin Azərbaycanla oyun üçün yekun heyəti açıqlanıb

Futbol
"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib

"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib