Elmar Baxşıyev: "Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik"

Elmar Baxşıyev: "Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik"

Misli Premyer Liqası təmsilçisi "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev yeni müqavilə imzalaması ilə bağlı fikirlərini bölüşüb.

"Report" Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə danışıqların uğurlu alındığını deyib.

O, təklif olunan şərtlər qaneedici olduğu üçün yeni müqaviləyə imza atdığını vurğulayıb:

“Rəhbərliklə görüşdük, həm başa çatan mövsümü müzakirə etdik, həm də yeni "futbol ili" ilə bağlı fikirlərimizi bölüşdük. Danışıqlar uğurlu alındı və “Araz-Naxçıvan” layihəsində işimi davam etdirmək qərarına gəldim. Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik. Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü. Çətinliklərə baxmayaraq, tarixində ilk dəfə medalçılar sırasına düşdü, avrokuboklarda oynamaq imkanı qazandı. Ortaq məxrəcə gəldik ki, bu uğurlu qrafiki birgə davam etdirək. Şərtlər qane etdiyinə görə yeni müqavilə imzaladıq".

E.Baxşıyev komandanın hazırlıq planına toxunub:

"Əlbəttə, bizi daha çətin və məsuliyyətli bir "futbol ili" gözləyir. Artıq planlar məlumdur. Komanda 2 mərhələdən ibarət hazırlıq keçəcək. Əvvəlcə Bakıda toplaşacağıq. Həmin vaxta qədər komandanı komplektləşdirməyə çalışacağıq. Heyətimizdə dəyişikliklər olacaq. Ayrılanlarla bərabər, yenilər də gələcək. Bununla bağlı zamanla məlumat veriləcək. Axtarışlarımız başlayıb. Türkiyədə isə yoxlama oyunları keçirməklə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Sınaqçı-rəqiblərimiz qarşıdakı günlərdə məlum olacaq”.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasında 2024/2025 mövsümünü üçüncü pillədə bitirərək UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

Futbol
"Qarabağ" Avropada məğlubedilməz 6 komandadan biridir

"Qarabağ" Avropada məğlubedilməz 6 komandadan biridir

Futbol
"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

Futbol
Musa Qurbanlı Polşa klubuna keçə bilər

Musa Qurbanlı Polşa klubuna keçə bilər

Futbol
Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Futbol
Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq

Futbol
İnfantino: “Mundialda komanda sayı artırılacaq”

İnfantino: “Mundialda komanda sayı artırılacaq”

Futbol
Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Futbol
"Səbail" - "Kəpəz" oyununda insident baş verib

"Səbail" - "Kəpəz" oyununda insident baş verib

Futbol
Çempionlar Liqasının əsas favoriti açıqlanıb

Çempionlar Liqasının əsas favoriti açıqlanıb

Futbol
DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb

DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb

Futbol
İstanbul derbisi: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib

İstanbul derbisi: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib