Ucarın mərkəzi stadionunda oturacaqlar dağılıb, yardımçı bina talan edilib

Ucarın mərkəzi stadionunda oturacaqlar dağılıb, yardımçı bina talan edilib

Ucar rayonunun yeganə idman ocağı olan mərkəzi stadionu bərbad vəziyyətə düşüb.

Bu barədə “QELEBE.AZ”un Yuxarı Şirvan bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, stadionun ot örtüyü sıradan çıxıb, oturacaqlar sınıb və dağılıb, eləcə də meydançanın yardımçı binası talan edilib. Sakinlər illərdir bu idman ocağındakı şəraitsizlikdən əziyyət çəkdiklərini bildiriblər.

Qeyd edək ki, rayonun 20 Yanvar küçəsində yerləşən 1500 yerlik və 3 hektara yaxın ərazisi olan mərkəzi stadion 1982-ci ildə Ucar Rayon Pambıq Zavodunun vəsaiti ilə inşa edilərək istifadəyə verilib.

Tikildiyi gündən bu idman müəssisəsi rayon sakinlərinin ən önəmli məkanına çevrilib. Son 20 ilə qədər mütəmadi olaraq müxtəlif məqsədlərlə istifadə olunub. Burada müxtəlif yarışlar, rayon səviyyəli tədbirlər, hətta bayram konsertləri belə təşkil edilib.

Sakinlər deyir ki, Ucar Rayon Pambıq Zavodu özəlləşdirildikdən sonra stadion baxımsız vəziyyətə düşüb və tədricən sıradan çıxıb. Hazırda bu idman ocağından əsər-əlamət belə, qalmayıb. Çünki illər keçdikcə dağıntılara məruz qalan stadion sanki talan olunub.

Sakinlər bildirir ki, futbol oynamaq və ya idmanla məşğul olmaq üçün qonşu rayonlara, eləcə də Göyçay və Yexlax rayonlarına getməli olurlar ki, bu da onların əlavə xərcə düşməsinə gətirib çıxarır.

Onların sözlərinə görə, stadionun hazırkı vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günə kimi əməli olaraq heç bir iş görülməyib.

Məsələ ilə bağlı Ucar Rayon Gənclər və İdman İdarəsindən "QELEBE.AZ"un yerli bürosuna bildirilib ki, stadionun vəziyyətindən xəbərdardırlar.

Qeyd edilib ki, bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət olunub, stadionun mövcud vəziyyəti ilə bağlı məlumat təqdim edilib: "Sadəcə, stadion Ucar Pambıq ASC-nin balansında olduğundan orada təmir işləri görə bilmirik".

Ucar rayon “Pambıq ASC”dən isə "QELEBE.AZ"un yerli bürosuna məlumat verilib ki, hazırda qurumun balansında kifayət qədər vəsait olmadığından bu günə kimi stadionu təmir edə bilməyiblər: "2023-cü ilin iyun, iyul aylarına kimi çalışacağıq ki, stadionu qismən də olsa, təmir edib sakinlərin istifadəsinə verək".

Futbol
AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Futbol
Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Futbol
Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Futbol
Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Futbol
Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

Futbol
Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Futbol
"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

Futbol
AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

Futbol
“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

Futbol
"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

Futbol
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Türkiyə irəliləyib, Ermənistan geriləyib