Azərbaycan minifutbol yığmasının sabiq qapıçısı: "Komandalar Bakıdakı dünya çempionatına hazırlıqlı gəliblər"

Azərbaycan minifutbol yığmasının sabiq qapıçısı: "Komandalar Bakıdakı dünya çempionatına hazırlıqlı gəliblər"

Komandalar Bakıda keçirilən minifutbol üzrə dünya çempionatına hazırlıqlı gəliblər.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan millisinin sabiq qapıçısı Davud Kərimi deyib.

O, yarışın ilk günündə bir neçə oyunu izlədiyini bildirib:

"Komandaların əksəriyyəti həqiqətən çox hazırlıqlı gəliblər. Millimizlə heç-heçə (1:1) edən Bəhreyni də siyahıya əlavə etmək olar. Onların da pis hazırlıq keçmədikləri meydanda görünürdü. Əla və sıx müdafiədə oynayıb əks-hücumlara üstünlük verirdilər. Bu, millimizin ilk matçı idi. Bir az stress və həyəcan ola bilər. Yığmadan gözləntilər də böyükdür. Bəzi futbolçularımızın oyunu istədikləri kimi alınmadı. Amma inanıram ki, növbəti görüşlərdə daha yaxşı çıxış edib bizi sevindirəcəklər".

D.Kərimi qarşılaşmadan əvvəl Tural Nərimanov, Seymur Məmmədov və Bəxtiyar Soltanovla birlikdə təltif olunmaları barədə də danışıb:

"Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova, icraçı vitse-prezidenti Taleh Nəsibova və qurumun bütün əməkdaşlarına təşəkkür edirəm. Həm sevincli, həm də kədərlidir. Bizə gözəl jest etdikləri üçün sevindik. Amma üzülürük ki, yığmadan getmək vaxtıdır. Azərbaycanda keçirildiyi üçün bu dünya çempionatında iştirak edə bilərdim, gücüm də var idi. Amma xeyirlisi".

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq. Davud Kərimi 2022-ci ildə Azərbaycan millisi ilə Avropa çempionu olub.

Futbol
Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Futbol
“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

Futbol
Almaniya millisinin qapıçısı xərçəng xəstəliyinə görə 3 dəfə əməliyyat olunub

Almaniya millisinin qapıçısı xərçəng xəstəliyinə görə 3 dəfə əməliyyat olunub

Futbol
İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

Futbol
Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Futbol
Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib

Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib

Futbol
Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Futbol
“El-Klasiko”nun vaxtı dəqiqləşib

“El-Klasiko”nun vaxtı dəqiqləşib

Futbol
Roman Teryuşkov: "Ximki" Qurban Qurbanovla əlaqə saxlamayıb"

Roman Teryuşkov: "Ximki" Qurban Qurbanovla əlaqə saxlamayıb"

Futbol
“Qəbələ” İdman Klubu Nəriman Abbasovla müqavilənin müddətini uzadıb

“Qəbələ” İdman Klubu Nəriman Abbasovla müqavilənin müddətini uzadıb

Futbol
Müşfiq Hüseynov: "Qarabağ" "İmarət"də meydana çıxsın, elə bilərəm ki, özüm oynamışam" - MÜSAHİBƏ

Müşfiq Hüseynov: "Qarabağ" "İmarət"də meydana çıxsın, elə bilərəm ki, özüm oynamışam" - MÜSAHİBƏ

Futbol
İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb