Qazaxıstanda bürünc medal qazanan Azərbaycan velosipedçisi: "Növbəti yarışlarda daha yaxşı nəticə göstərəcəyimə ümid edirəm"

Trek velosipedi üzrə Azərbaycan millisinin üzvü Viktoriya Sidorenko Qazaxıstanda keçirilmiş “Silk Way Series Astana” beynəlxalq turnirində çıxışını dəyərləndirib.

O, "Report"a açıqlamasında yarışda rəqiblərinin çətin olduğunu bildirib.

Velosipedçi layiqli mübarizə aparmağa çalışdığını söyləyib:

"Daha əvvəl Özbəkistanda, son olaraq isə Qazaxıstanda keçirilən trek üzrə "Silk Way Series Astana" beynəlxalq turnirində iştirak etmişəm. Həm Özbəkistan, həm də Qazaxıstanda sprint yarışlarında bürünc medallar qazandım. Rəqiblərimin güclü olmasına baxmayaraq, layiqli mübarizə aparmağa çalışdım. Bundan əlavə, həm qrup, həm də omnium yarışlarında iştirak etdim. Komanda yoldaşlarım da medal qazana biliblər. Azərbaycan Velosiped İdmanı Federasiyasına və Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, növbəti yarışlarda daha yaxşı nəticə göstərib qalibiyyətlərlə qayıdacağıq".

Qeyd edək ki, V.Sidorenko Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2-ci kateqoriyalı yarışında 200 metr məsafəyə sprint üzrə mübarizədə bürünc medal qazanıb. Bu nəticə ilə o, hesabına 80 reytinq xalı da əlavə edib.

Fərdi
Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə vəsiqə qazanıb

Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

Azərbaycan çempionatı: Sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib

Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Gövhər Beydullayeva: “Bir tur əvvəldən çempion olacağımı hiss etmişdim”

Avropa çempionatında tarixi uğur qazanan Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Dünya çempionatı: Rafiq Hüseynov uduzub, 3 güləşçi yarımfinala yüksəlib

Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"