Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ən yaxşı qapıçının adını açıqlayıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ən yaxşı qapıçının adını açıqlayıb


SSRİ-nin Moskva “Dinamo”sunun və İttifaq yığmasının sabiq qapıçısı Lev Yaşin Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən tarixin ən yaxşı qapıçısı seçilib.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İkinci yerdə italiyalı Canluici Buffon, üçüncü sırada isə almaniyalı Manuel Noyer qərarlaşıb.

İlk onluqda həmçinin İker Kasilyas, Rikardo Zamora (hər ikisi İspaniya), Qordon Benks (İngiltərə), Petr Çex (Çexiya), Dino Zoff (İtaliya), Sepp Mayer və Oliver Kan (hər ikisi Almaniya) yer alıblar.

Qeyd edək ki, Lev Yaşin 1950-1971-ci illərdə "Dinamo"da çıxış edib, 1954-1967-ci illərdə SSRİ yığmasının formasını geynib. O, "Dinamo"nun heyətində 5 qat SSRİ çempionu olub. Bundan başqa, 5 dəfə gümüş, 1 dəfə bürünc, 3 dəfə isə SSRİ kubokuna sahib çıxıb. Sabiq "əlcək sahibi" milli komanda ilə birgə 1956-cı il Olimpiya Oyunlarının və 1960-cı il Avropa Çempionatının qalibi olub. Qolkiper həmçinin 1964-cü il Avropa çempionatını gümüş medalla başa vurub. Yaşin tarixdə “Qızıl top”u qazanan yeganə qapıçıdır. O, 1990-cı il martın 20-də 61 yaşında Moskvada vəfat edib.

Futbol
Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Futbol
"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

Futbol
Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Futbol
Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib

Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib

Futbol
"Rubin"in sabiq futbolçusu həbs olunub

"Rubin"in sabiq futbolçusu həbs olunub

Futbol
"Zirə"nin legioneri: "Çempionat bizim üçün çətin keçəcək"

"Zirə"nin legioneri: "Çempionat bizim üçün çətin keçəcək"

Futbol
FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

Futbol
Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Futbol
Erik Yirka: "Azərbaycan millisinə uduzduğumuz üçün emosiyalar neqativdir"

Erik Yirka: "Azərbaycan millisinə uduzduğumuz üçün emosiyalar neqativdir"

Futbol
Braziliya millisinin emblemi Peleyə görə dəyişdirilə bilər

Braziliya millisinin emblemi Peleyə görə dəyişdirilə bilər

Futbol
Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Futbol
"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub