Evren Alkaya: "Azərbaycanı Avropa çempionatının B divizionunda ən yaxşı şəkildə təmsil etmək niyyətindəyik"

Evren Alkaya: "Azərbaycanı Avropa çempionatının B divizionunda ən yaxşı şəkildə təmsil etmək niyyətindəyik"

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının B divizionundakı hədəfi açıqlanıb.

Bu barədə "QELEBE.AZ"a yığmanın baş məşqçisi Evren Alkaya açıqlama verib.

O, hədəflərinin bacardıqları qədər oyunlarda qalib gəlmək olduğunu bildirib:

"Tariximizdə ilk dəfə B divizionunda mübarizə aparacağıq. Buradakı komandaların, demək olar ki, hamısı qadın basketbolunda aparıcı yığmalardır. Həqiqətən yaxşı tarixə sahibdirlər. Rəqiblərimiz güclüdür, amma qarşılaşmalarda mübarizə aparacağıq".

E.Alkaya Azərbaycanın qadın basketbolunda elə də böyük uğurlarının olmadığını söyləyib:

"İki il hazırlaşdırdığımız qızlar Avropa çempionatında bir az zəif çıxış edə bilərlər. Amma təlim-məşq toplanışlarında və qatılacağımız turnirlərdə bunu üst səviyyəyə qaldırmağa çalışacağıq. Aprel və may aylarında Türkiyənin paytaxtı Ankarada bir neçə oyunda iştirak etdik. Komandamız 6 görüşdə qalib gəldi, 2-də məğlub oldu. Mayın 19-dan isə növbəti təlim-məşq toplanışı start götürəcək. U-18 B divizionundakı matçlardan əvvəl daha bir turnirə qatılacaq. Qızlara inanırıq, çox istəklidirlər. Amma bir az zamana ehtiyac var. Mən və texniki heyət də əlindən gələni edir. Azərbaycanı ən yaxşı şəkildə təmsil etmək niyyətindəyik".

Qeyd edək ki, Azərbaycan millisi B divizionunun C qrupunda Bosniya və Herseqovina, Kosovo, Ukrayna, İslandiya və Litva milliləri ilə üz-üzə gələcək. Matçlar iyulun 4-13-ü aralığında Litvanın Vilnüs və Alitus şəhərlərində təşkil olunacaq.

Komanda
"Murov" klubu Polşaya yollanıb

"Murov" klubu Polşaya yollanıb

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Komanda
"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

Komanda
Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Komanda
Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Komanda
Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

Komanda
Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib