Azərbaycan güləş millisinin baş məşqçisi: "Yenidən Avropa çempionu olmaq üçün əlimizdən gələni edəcəyik"

Azərbaycan güləş millisinin baş məşqçisi: "Yenidən Avropa çempionu olmaq üçün əlimizdən gələni edəcəyik"

Azərbaycanın 15 yaşadək sərbəst güləşçilərdən ibarət milli komandasının baş məşqçisi Namiq Quliyev gələn ay İtaliyada keçiriləcək Avropa çempionatında uğurlu çıxış etmək istədiklərini bildirib.

"QELEBE.AZ" xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan mütəxəssis ötən il olduğu kimi, yenidən çempion olmaq istədiklərini söyləyib.

"Yenidən çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Düzdür, Rusiyanın nəticələri komanda hesabında nəzərə alınmır. Amma fərdi idmançılarını götürsək, əsas rəqiblərimiz yenə də şimal qonşularımızdır. Təbii ki, Gürcüstan komandasını da ciddi rəqib sayırıq. Düşünürəm ki, ən azı 6-7 medal qazana bilərik. Güləşçilərimizdən 3-4-ü finala yüksəlmək potensialındadır. Qızıl medalımızın da olacağını fikirləşirəm", - deyə N.Quliyev vurğulayıb.

O, qitə birinciliyinə hazırlıq məqsədi ilə Xaçmazda təlim-məşq toplanışı keçəcəklərini deyib:

"Mayın 24-dən iyunun 4-dək Xaçmaz Olimpiya İdman Kompleksində ümumi fiziki hazırlıq üzərində qurulu təlim-məşq toplanışı keçəcəyik. 3-4 günlük istirahətdən sonra yenidən Xaçmaza yollanacağıq. İyunun 8-dən 22-dək taktiki-texniki çalışmalara diqqət ayıracağıq. Xaçmazdan qayıdıb, dərhal Avropa çempionatına yola düşəcəyik. İyunun hava şəraitini nəzərə alıb, Xaçmazda toplanış keçməyimiz hərtərəfli məqsədəuyğundur".

Baş məşqçi martda Gəncə İdman Sarayında keçirilən U-15 ölkə birinciliyi barədə də fikirlərini bölüşüb:

"Gözlədiyimiz kimi alındı. Fərqlilik onda oldu ki, çempionluq gözlədiyimiz bəzi uşaqlar 2-3-cü yerləri tutdular. Favoritlərdən zədələndiyi üçün titul qazana bilməyənlər oldu. Ölkə birinciliyindən öncə Serbiyada keçirilən Gimnaziada üçün 10 nəfərlik heyət müəyyənləşdirmişdik. Onlardan yalnız biri Gəncədə özünü doğrultmadı. Həmin güləşçi ötən il ölkə çempionu və Avropa çempionatının iştirakçısı olmuşdu. O da zədələndiyi üçün bu dəfə yarışla erkən vidalaşdı. Gimnaziada üçün nəzərdə tutulan heyətdən 5 nəfər qızıl, 2 nəfər gümüş, 2 nəfər isə bürünc medal qazandı".

N.Quliyev son olaraq Serbiyada baş tutan Gimnaziadada 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan güləşçilərin çıxışından söz açıb:

"Çıxışımızı qənaətbəxş sayıram. Serbiyada güləş ölkələrindən ABŞ, Qazaxıstan, İran, Ermənistan, Ukrayna kimi ölkələr təmsil olunurdu. Ümumilikdə 20-dən çox ölkənin güləşçiləri mübarizə apardı. Beş güləşçimiz finala yüksəldi. Daha çox qızıl medal qazana bilərdik. İki final görüşündə qələbəni son saniyələrdə əldən verdik".

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
Federer karyerasını məğlubiyyətlə başa vurub

Federer karyerasını məğlubiyyətlə başa vurub

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Fərdi
Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Fərdi
Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Fərdi
Nağı Səfərov: "Bakıdakı dünya çempionatı əvvəlkilərdən fərqlənəcəq"

Nağı Səfərov: "Bakıdakı dünya çempionatı əvvəlkilərdən fərqlənəcəq"

Fərdi
Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Rafiz Həsənov Moskvada Ermənistanın ən yaxşı karateçisinə qalib gəlib

Fərdi
Mahir Məmmədov:  "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Fərdi
V1 Challenge Bakı Kuboku keçirilib

V1 Challenge Bakı Kuboku keçirilib

Fərdi
Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub