Ağasəlim Mircavadov: “Kurban Berdıyevlə üz-üzə gəlmək maraqlı olacaq"

Ağasəlim Mircavadov: “Kurban Berdıyevlə üz-üzə gəlmək maraqlı olacaq"

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov minifutbol üzrə Bakıda keçiriləcək dünya çempionatından öncə veteran futbolçuların iştirakı ilə təşkil olunacaq “Legends Cup”la bağlı fikirlərini bölüşüb.

Mütəxəssis “QELEBE.AZ”a açıqlamasında oyunun hansı formada keçiriləcəyi ilə bağlı yaxın günlərdə daha ətraflı məlumat veriləcəyini deyib.

O, "Legends Cup"da rəqib komandanın baş məşqçisi olacaq Kurban Berdıyevlə əvvəllər nə məşqçi, nə də futbolçu kimi üz-üzə gəldiyini söyləyib:

“Bu oyunda Azərbaycan Premyer Liqasında iştirak edən klubların məşqçiləri çıxış edəcək. Belə matçlarda nəticəyə önəm verilmir. Oyuna baxmağa gələn azarkeşlər istirahət etməli, sabiq futbolçuların topla necə davradıqlarını görməlidirlər. Kurban Berdıyevlə nə baş məşqçi, nə də futbolçu kimi üz-üzə gəlmişik. Düşünürəm ki, çox maraqlı olacaq".

AFFA Məşqçilər Komitəsinin üzvü komandaların heyətləri ilə tanış olduğunu bildirib:

“Hələ ki, turnirlə bağlı heç kimlə əlaqə saxlamamışam. Amma heyətlərlə tanış olmuşam. 2000-ci ildən bəri “Neftçi”də oynayan futbolçular olacaq. Oyunun necə, hansı formada keçiriləcəyi ilə bağlı yəqin ki, yaxın günlərdə daha ətraflı məlumat verəcəklər”.

Mütəxəssis qarşılaşmanın keçirilməsinin yaxşı hal olduğunu vurğulayıb:

“Bu matçın keçirilməsi yaxşı haldır. Çünki SSRİ-də minifutbolu ilk dəfə 1968-ci ildə biz oynamışıq. Oyunları indiki Bakı İdman Sarayının meydançasının yerində keçirirdik. 1 qapıçı, 5 sahə oyunçusu ilə oynayırdıq. Beləliklə, minifutbol ilk dəfə Azərbaycanda yarandı. Sonradan başqa respubliklarda da bu şəkildə oyunlar keçirildi. Minifutbol üzrə turnir ilk dəfə 1968-ci ildə Azərbaycanda keçirilib. Bakıətrafı ərazilərdən də komandalar qatılmışdı. Hətta bəzi oyunçular həmin turnirdən sonra “Neftçi”nin əvəzedici heyətinə dəvət olunmuşdular. O vaxt Bakıda və ətraf yerlərdə xeyli sayda kiçik meydançalar var idi və insanlar daha çox futbol oynayırdılar”.

A.Mircavadov minifutbol yığmamızın dünya çempionu olmaq potensialını da dəyərləndirib:

“Minifutbol üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək. Təşkilatçılığa görə Azərbaycan Minifutbol Federasiyasına təşəkkürümü bildirirəm. Minifutbol yığmamıza uğurlar arzulayıram, çempion ola bilərlər. Komandanın oyununu görmüşəm, xoşuma gəlir. Minifutbolu çox yaxşı oynayırıq”.

Qeyd edək ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə “Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri” arasında “Legends Cup” mayın 19-da, saat 20:00-da Milli Gimnastika Arenasında start götürəcək. “Neftçi 2000-lər”ə Ağasəlim Mircavadov, “Premyer Liqa məşqçiləri” komandasına Kurban Berdıyev rəhbərlik edəcək.

Futbol
Orxan Məmmədov: "AFFA-ya üzvlük məsələsini nəzərdən keçirmirik"

Orxan Məmmədov: "AFFA-ya üzvlük məsələsini nəzərdən keçirmirik"

Futbol
Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib

Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib

Futbol
Riçard Almeyda cəzalı duruma düşüb

Riçard Almeyda cəzalı duruma düşüb

Futbol
"Mançester Yunayted" Ronaldunun müqaviləsinin ləğvi üçün işlərə start verib

"Mançester Yunayted" Ronaldunun müqaviləsinin ləğvi üçün işlərə start verib

Futbol
"Turan Tovuz"un futbolçusu meydanı xərəkdə tərk edib

"Turan Tovuz"un futbolçusu meydanı xərəkdə tərk edib

Futbol
"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" yeni transferini açıqlayıb

Futbol
"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

Futbol
Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Futbol
"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

Futbol
"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

Futbol
"Qarabağ" təlim-məşq toplanışı üçün Antalyaya yollanıb

"Qarabağ" təlim-məşq toplanışı üçün Antalyaya yollanıb

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 60 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 60 milyon avroya transfer edib