Azərbaycan millisinin futbolçusu: "Rusiya çempionatında turun rəmzi komandasına düşmək sevindirici haldır"

Azərbaycan millisinin futbolçusu: "Rusiya çempionatında turun rəmzi komandasına düşmək sevindirici haldır"

Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında VIII turun rəmzi komandasına seçilməsini sevindirici hal adlandırıb.

Bunu "Report"a açıqlamasında 23 yaşlı müdafiəçi bildirib.

O, "Rubin"ə qalib gəldikləri matçda yaxşı oynadığını söyləyib:

"Məhz buna görə rəmzi "11-lik"də yer almışam".

Oyunçu Sankt-Peterburq təmsilçisindəki əsas hədəflərindən də söz açıb:

"Hazırda çempionat davam edir. Hər həftə çətin oyunlarımız olur. Bu mövsüm tam başqadır. Bütün klublarla rəqabət aparmaq mümkündür. Amma düşünürəm ki, yenə çempion olacağıq. Bunun üçün növbəti matçlara da ciddi hazırlaşırıq".

N.Mirzəliyeva Azərbaycan yığmasının mayın 30-da Millətlər Liqasının qrup mərhələsində Litvaya qarşı keçirəcəyi matça da toxunub:

"Qələbə qazanmağa çalışacağıq. Növbəti mərhələyə vəsiqə əldə etmək üçün maksimum çox qol vurmaq lazımdır. Düşünürəm ki, komandamız bunu bacaracaq".

Qeyd edək ki, "Zenit" Rusiya Qadınlar Liqasında 8 turdan sonra 17 xalla 13 komanda arasında üçüncü pillədə qərarlaşıb. Nigar Mirzəliyeva bu komanda ilə iki dəfə Rusiya çempionu olub.

Futbol
Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Futbol
UEFA "Qarabağ"dan reportaj hazırlayıb

UEFA "Qarabağ"dan reportaj hazırlayıb

Futbol
Millətlər Liqası: Azərbaycan Slovakiyanı məğlub edib

Millətlər Liqası: Azərbaycan Slovakiyanı məğlub edib

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

Futbol
Belçika millisinin baş məşqçisi istefa verib

Belçika millisinin baş məşqçisi istefa verib

Futbol
Obameyanq yenidən Londona qayıda bilər

Obameyanq yenidən Londona qayıda bilər

Futbol
Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Niderlandda 25 futbolçu oyun alqı-satqısında ittiham olunur

Futbol
Markus Reşford 13 illik rekordu təkrarlayıb

Markus Reşford 13 illik rekordu təkrarlayıb

Futbol
Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək

Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

Futbol
“Sokrates kuboku”nun ilk qalibi bilinib

“Sokrates kuboku”nun ilk qalibi bilinib