Azərbaycanlı MMA döyüşçüsü ABŞ-də “Urijah Faber’s A1 Combat 27” görüşündə qalib olub

Azərbaycanlı MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində keçirilən “Urijah Faber’s A1 Combat 27” görüşündə israilli rəqibinə Şimon Smotritskiyə qarşı döyüşdə qalib gəlib.

“Report”un ABŞ bürosu xəbər verir ki, M.Hüseynov texniki nokautla rəqibinə üstünlük əldə edib. ABŞ-də yaşayan həmyerlilərimiz M.Hüseynova yarışın keçirildiyi məkanda Azərbaycan bayraqları ilə dəstək olublar. Bu qələbə onun peşəkar MMA karyerasında 10-cu qələbəsi olub. M.Hüseynov hazırda 10-3-0 rekorduna malikdir.

Qeyd edək ki, M.Hüseynov ABŞ-də yerləşən “American Kickboxing Academy”də (AKA) məşq edir. O, güclü zərbələri və döyüşdəki aqressivliyi ilə tanınır. Bu qələbə ilə M.Hüseynov “A1 Combat” yarımorta çəki titulunu bir daha uğurla müdafiə edib və güclü zərbə potensialını təsdiqləyib.

M.Hüseynov vurğulayıb ki, hədəfi yaxın gələcəkdə UFC-də (“Ultimate Fighting Championship”) iştirak etməkdir.

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib