"Zirə"nin futbolçusu: "Çempionatda ikinci yeri tutmaq bizim üçün asan olmadı"

"Zirə"nin futbolçusu: "Çempionatda ikinci yeri tutmaq bizim üçün asan olmadı"

"Zirə"nin futbolçusu Ceyhun Nuriyev cari mövsüm Misli Premyer Liqasında ikinci yeri təmin etmələrinə münasibət bildirib.

Paytaxt təmsilçisinin yarımmüdafiəçisi "QELEBE.AZ"a açıqlamasında XXXIII turda "Turan Tovuz"a qalib gəldikləri oyundan danışıb.

"Turan Tovuz" güclü futbolçulardan təşkil olunan kollektivdir. Şükürlər olsun ki, qalib gəlməyi bacardıq. Ümumilikdə  mövsüm çox ağır keçdi. Bir-birindən çətin rəqiblərlə qarşılaşdıq. Mövsüm ərzində əziyyət çəkdik və amansız mübarizədən sonra ikinci yeri təmin etdik. Düşünürəm ki, maraqlı yarış oldu. Qarşıda hələ 3 tur var. Növbəti matçlarımızı da qələbə ilə başa vurmaq istəyirik", - C.Nuriyev vurğulayıb.

Yarımmüdafiəçi komandasının avrokuboklarda uğurlu çıxış edəcəyinə inandığını söyləyib:

"Artıq avrokuboklar barədə düşünmək olar. Təbii ki, rəqiblərin kimliyindən asılı olmayaraq, meydana qələbə üçün çıxacağıq. Ötən il pley-off mərhələsinə qədər irəlilədik və uğurlu nəticəyə imza atdıq. Bu dəfə daha artığını etmək istəyirik. Liqa mərhələsinə vəsiqə qazansaq, çox gözəl olardı. Düşünürəm ki, bunun üçün təcrübəmiz var. Artıq heyət möhkəmlənib, futbolçular meydanda bir-birini yaxşı tanıyırlar".

Qeyd edək ki, ötən gün doğma meydanda "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edən  "Zirə"nin mövsümü ikinci sırada başa vuracağı dəqiqləşib.

Futbol
UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

Futbol
Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Futbol
Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Futbol
"Qarabağ"ın legioneri "Neftçi" ilə oyunda zədələnib

"Qarabağ"ın legioneri "Neftçi" ilə oyunda zədələnib

Futbol
DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

Futbol
Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Futbol
Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib

Futbol
"Barselona"nın müdafiəçisi zədələnib

"Barselona"nın müdafiəçisi zədələnib

Futbol
"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

Futbol
Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Futbol
"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

Futbol
Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib