Qubada təşkil olunacaq Avropa Kubokunun püşkatma mərasimi keçirilib

Mayın 3-4-də Qubada keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunun püşkatma mərasimi baş tutub.

"Report"un məlumatına görə, tədbirdə Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri iştirak ediblər.

ACF-nin baş katibinin müavini, idman direktoru Kamran Talıbov çıxış edərək göstərilən etimada görə EJU-ya təşəkkürünü bildirib və bütün idmançılara uğurlar arzulayıb.

EJU-nun idman komissarı Albert Qmayner qurumun prezidenti Laslo Totun adından iştirakçıları salamlayıb, turnirin gənc cüdoçuların karyerasında mühüm rol oynayacağını vurğulayıb. O, yarışın təşkilindəki səylərinə görə ACF-yə minnətdarlığını ifadə edib.

Daha sonra çıxış edən EJU-nun hakimlər üzrə komissarı Vladimer Nutsubidze bildirib ki, Avropa Kubokunun görüşlərini 15 yerli və əcnəbi hakimlər idarə edəcəklər.

Qeyd edək ki, beynəlxalq turnirdə 11 ölkədən 354 cüdoçu (213 oğlan, 141 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq. Azərbaycanı yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edəcək.

Fərdi
Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib

Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə 3 vəsiqə verəcək

Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında olublar

Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Azərbaycan güləşçilərinin 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə vəsiqə qazanıb

Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"