Fərid Mansurov: "Prezident Kuboku-2025" turnirinin Suqovuşanda keçirilməsi Azərbaycan idmanına böyük töhfədir"

Fərid Mansurov: "Prezident Kuboku-2025" turnirinin Suqovuşanda keçirilməsi Azərbaycan idmanına böyük töhfədir"

"Prezident Kuboku-2025" turnirinin Suqovuşanda keçirilməsi Azərbaycan idmanına böyük töhfədir.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov jurnalistlərə açıqlamasında deyib.

O, Suqovuşanda start götürən "Prezident Kuboku-2025" turniri barədə danışıb:

“Fəxr olunası və qürurverici anlar yaşayırıq. Suqovuşan Azərbaycan ərazisi olaraq uzun illər işğal altında qalmışdı. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Artıq biz tarixi torpaqlarımızda idman yarışları keçiririk. Bunun nümunəsi olaraq bu gün Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümü münasibətilə kanoe və avarçəkmə üzrə “Prezident kuboku-2025” beynəlxalq reqatası təşkil olunub. Bu yarışın keçirilməsi həm Azərbaycan idmanına töhfədir, həm də kanoe və avarçəkmənin tanınmasına müsbət təsir göstərir".

Qeyd edək ki, "Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Fərdi
Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

Fərdi
Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Fərdi
Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Fərdi
Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Fərdi
Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Fərdi
Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Fərdi
Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Fərdi
Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Məmmədov 2-ci pillədə, Məmmədyarov yenə qələbəsiz qalıb

"Vüqar Həşimov Memorialı-2022": Məmmədov 2-ci pillədə, Məmmədyarov yenə qələbəsiz qalıb