Bakıda “Çempionların savaşı” turnirinin açılış mərasimi keçirilib

Bakıda “Çempionların savaşı” turnirinin açılış mərasimi keçirilib

Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutan “Çempionların savaşı” turnirinin açılış mərasimi keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, bu gün baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç, AŞF-nin prezidenti Mahir Məmmədov iştirak ediblər.

Muzeyin direktoru Əminə Məlikova tədbir iştirakçılarını və şahmatçıları salamlayıb:

"Bu gün hamımız üçün vacib gündür. Ölkəmizdə həmçinin "Baku Open-2025" Şahmat Festivalına da start verilib. Xalça Muzeyində isə ilk dəfə "Çempionların savaşı" turniri təşkil olunur".

Ardınca yarışın tanıtım videoçarxı nümayiş olunub.

M.Məmmədov yarış iştirakçılarına uğurlar arzulayıb:

"Təşkilatçılığa görə Milli Xalça Muzeyinə və Mədəniyyət Nazirliyinə təşəkkür edirəm".

A.Dvorkoviç bir məkanda incəsənət və şahmatın bir araya gəldiyini bildirib:

"Ümid edirəm ki, şahmatçılar oyunlarından zövq alacaqlar".

Daha sonra FIDE prezidentinə və Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydına xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, “Çempionların savaşı” turniri aprelin 30-dək Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq. Azərbaycanlı qrossmeyster Rauf Məmmədov özbəkistanlı Rüstəm Kasımcanovla üz-üzə gələcək.

Digər görüşdə Azərbaycan çempionu Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə münasibətləri aydınlaşdıracaq.

Foto: Vüqar Xanlarov

Fərdi
Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi dünya çempionu olub

Fərdi
Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Fərdi
Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərdi
Bakıda keçiriləcək beynəlxalq turniri 16 ölkənin telekanalı yayımlayacaq

Bakıda keçiriləcək beynəlxalq turniri 16 ölkənin telekanalı yayımlayacaq

Fərdi
Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Fərdi
"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçiriləcək

"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçiriləcək

Fərdi
Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Fərdi
Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Göygöldə region cüdoçuları üçün təlim-məşq toplanışı təşkil edilib

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

Fərdi
Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib