Qurban Qurbanovla Azərbaycan millisinin üzvü arasında münasibətlər korlanıb

Qurban Qurbanovla Azərbaycan millisinin üzvü arasında münasibətlər korlanıb

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla komandanın müdafiəçisi, Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə arasında münasibətlər korlanıb.

Bu barədə “Report”a etibarlı mənbədən məlumat verilib.

Mütəxəssis Misli Premyer Liqasının XXXII turunda, “Qarabağ”ın çempionluğu rəsmiləşdirdiyi “Sabah”la matçdan sonra paltardəyişmə otağında futbolçularla bir-bir görüşsə də, Bəhlul Mustafazadəyə əl uzatmayıb.

Mənbənin məlumatına görə, buna səbəb son vaxtlar Qurbanovla milli üzvü arasında yaranan soyuq münasibətdir. Baş məşqçinin müdafiəçiyə münasibətinin dəyişməsi ötən gün klubun sosial şəbəkə hesablarında paltardəyişmə otağından yayımlanan videoda da açıq şəkildə görünür.

Ümumiyyətlə, Qurban Qurbanov Mustafazadəni “Sabah”la matçda meydana da buraxmayıb. Milli üzvünün adı matçın iştirak ərizəsinə salınsa da, sonadək ehtiyat oyunçular skamyasında oturub.

Qeyd edək ki, Ağdam təmsilçisi ötən gün baş tutan matçda “Sabah”la heç-heçə edib - 1:1. Bununla da komanda 12-ci çempionluğunu rəsmiləşdirib.

Futbol
Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Futbol
İngiltərə klubları enerji böhranına görə oyunların vaxtını dəyişdirmək istəyir

İngiltərə klubları enerji böhranına görə oyunların vaxtını dəyişdirmək istəyir

Futbol
"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

Futbol
Jerar Pike karyerasını başa vurur

Jerar Pike karyerasını başa vurur

Futbol
Konfederasiyalar üzrə klub yarışlarının bombardirləri bəlli olub

Konfederasiyalar üzrə klub yarışlarının bombardirləri bəlli olub

Futbol
Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Futbol
Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Futbol
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

Futbol
Lionel Messi Maradonanın rekordunu yeniləyib

Lionel Messi Maradonanın rekordunu yeniləyib

Futbol
Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Futbol
"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq