Fransa millisinin üzvü ölkəsinə qayıda bilər
İtaliya A Seriyası təmsilçilərindən “Roma”nın üzvü Manu Kone karyerasını ölkəsində davam etdirə bilər.
QELEBE.AZ xəbər verir ki, yarımmüdafiəçi ilə PSJ yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, Liqa 1 təmsilçisi oyunçu üçün mövsümün sonunda “qurdlar”a təklif göndərəcək.
Xatırladaq ki, 23 yaşlı futbolçu “Münhenqladbax”dan “Roma”ya 18 milyon avro qarşılığında transfer olunub.
Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

https://mail.qelebe.az//uploads/photo/fransa-millisinin-uzvu-olkesine-qayida-biler.webp