ARAF-ın baş katibi “dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülmələrinə münasibət bildirib

ARAF-ın baş katibi “dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülmələrinə münasibət bildirib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) “dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülməsi bütövlükdə ölkəmizin ənənəvi atçılıq mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Bunu "Report"a açıqlamasında ARAF-ın baş katibi Emil Seyidov deyib.

O, Sankt-Peterburqda keçirilən 7-ci Etnosport Forumunda ARAF-ın Dünya Etnoidman Birliyi tərəfindən “Ənənəvi İdman Təşkilatı” nominasiyası üzrə mükafata layiq görülməsinin onlar üçün böyük qürur və məsuliyyət olduğunu söyləyib:

"Son illərdə həm Etnoidman Kültür Festivalında, həm də İngiltərədə keçirilən ənənəvi atçılıq təqdimatlarında ölkəmizə olan maraq getdikcə artır. Bu tədbirlərdə federasiya olaraq daim geniş heyətlə iştirak edir, hər il proqramımıza yeni elementlər əlavə edərək təqdimatlarımızı daha da zənginləşdiririk. Bu il də həm Londonda, həm də Türkiyədə keçiriləcək tədbirlərə dəvət almışıq və iştirakla bağlı hazırlıq işləri davam etdirilir".

Baş katib əsas hədəflərdən də söz açıb:

"Federasiyanın əsas məqsədi Azərbaycan atçılıq ənənələrini beynəlxalq səviyyədə daha da tanıtmaq, gənc nəsildə bu irsə marağı artırmaq və müasir idman standartları çərçivəsində peşəkar yarışlarda iştirak edən idmançılarımızın sayını çoxaltmaqdır. Xüsusilə çövkən üzrə milli komandaların hazırlıq səviyyəsinin daha da yüksəldilməsi, regionlarda atçılığın inkişafı və yeni infrastruktur layihələrinin həyata keçirilməsi diqqət mərkəzindədir. Eyni zamanda, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkəmizdə nüfuzlu beynəlxalq yarışların keçirilməsi də qarşıya qoyulan əsas məqsədlərdəndir".

Emil Seyidov 2025-ci ildə həm polo, həm də çövkən üzrə bir neçə böyük beynəlxalq turnirin planlaşdırıldığını və Azərbaycan millisinin bu yarışlarda iştirak edəcəyini söyləyib:

"Xüsusilə, iyunun 3–8-i aralığında keçiriləcək çövkən üzrə Avropa çempionatı böyük maraq doğurur. Bu yarış Beynəlxalq Çövkən Federasiyasının təşəbbüsü ilə keçiriləcək və Azərbaycan komandası orada iştirak edəcək. 2024-cü ildə millimiz dünya çempionu titulunu qazandı. İnanırıq ki, bu il də komandamız öz peşəkarlığı və hazırlığı sayəsində yüksək nəticələrə imza atacaq".

Fərdi
Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb

Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb

Fərdi
Ukrayna ruslara görə Avropa çempionatından imtina edib

Ukrayna ruslara görə Avropa çempionatından imtina edib

Fərdi
Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Fərdi
Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərdi
Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Fərdi
Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Fərdi
Azərbaycan şahmatçıları Mahaçqalada Əziz Əliyevin xatirəsinə həsr edilmiş turnirə qatılıblar

Azərbaycan şahmatçıları Mahaçqalada Əziz Əliyevin xatirəsinə həsr edilmiş turnirə qatılıblar

Fərdi
"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

Fərdi
Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Fərdi
V1 Challenge Bakı Kuboku keçirilib

V1 Challenge Bakı Kuboku keçirilib

Fərdi
Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib