Samir Əliyev: "Azərbaycan Kubokunun finalına yüksələcək komandaları təxmin etmək çətindir"

Samir Əliyev: "Azərbaycan Kubokunun finalına yüksələcək komandaları təxmin etmək çətindir"

Azərbaycan Kubokunun finalına yüksələcək komandaları təxmin etmək çox çətindir.

Bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və "Səbail"in sabiq baş məşqçisi Samir Əliyev deyib.

Mütəxəssis yarımfinalın cavab qarşılaşmalarının böyük marağa səbəb olacağını söyləyib:

"Qarabağ" və "Araz-Naxçıvan" kollektivlərinin duelində birincilər favorit sayılsa da, ilk matçda naxçıvanlıların qalib gəldiyini görürük. Bu da o anlama gəlir ki, indidən proqnoz vermək çətindir. Bizi qarşıda maraqlı və gərgin görüş gözləyir. "Qarabağ" cari mövsüm qızıl dubla imza atmaq istəyəcək. Öz adıma deyə bilərəm ki, şansları bərabər dəyərləndirirəm. Lakin bir çox mütəxəssislər və jurnalistlər bu matçda "Qarabağ"ın şanslarını yüksək görür".

S.Əliyev "Sabah" - "Neftçi" görüşünün daha gərgin keçəcəyini proqnozlaşdırır:

"Hər iki tərəf yaxşı anlayır ki, avrokuboklara düşə bilmək üçün son şans ölkə kubokunun qalibi olmaqdır. Bu səbəbdən olduqca maraqlı qarşılaşma izləyəcəyik. Komandalar bu mövsüm sabit oyun sərgiləmədilər. Görək bu "döyüşdən" hansı kollekitv qalib ayrılacaq. Bu cütlükdə də şansları bərabər görürəm".

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşlərində "Qarabağ" "Araz-Naxçıvan"ı, "Sabah" isə "Neftçi"ni qəbul edəcək. İlk qarşılaşmalarda Naxçıvan təmsilçisi 1:0, "bayquşlar" isə 2:1 hesablı qələbəyə sevinib.

Futbol
Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Futbol
Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı

Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı

Futbol
DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Futbol
Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Futbol
Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Futbol
"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçı başlayıb

DÇ-2022: İspaniya - Almaniya matçı başlayıb

Futbol
"Atletiko" 126 milyon avroya aldığı futbolçunu icarəyə verir

"Atletiko" 126 milyon avroya aldığı futbolçunu icarəyə verir

Futbol
Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Futbol
“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb