Azərbaycan millisinin baş məşqçisi UEFA İnkişaf Turnirində Gürcüstan üzərində qələbəni dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi UEFA İnkişaf Turnirində Gürcüstan üzərində qələbəni dəyərləndirib

Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət millisinin baş məşqçisi Aqil Nəbiyev Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində Gürcüstan üzərində qazanılan qələbəni dəyərləndirib.

"QELEBE.AZ" xəbər verir ki, mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

O, rəqibin keyfiyyətli komanda olduğunu vurğulayıb:

“İlk oyunla bugünkü görüş arasında bir gün vaxtımız var idi. Həm özümüzün, həm də rəqibin çıxışını təhlil etmişdik. Son məşqi bunun üzərində qurduq, uşaqlara lazımi məlumatları verdik. Gürcüstan yığması keyfiyyətli komandadır, oyunçuları iki ilə yaxındır bir yerdədirlər. Biz isə yeni formalaşan kollektivik. Moldova ilə ilk görüşdə bəxtimiz gətirməmişdi. Topa sahib olan, daha çox qol vəziyyəti yaradan tərəf biz idik. Bu gün isə futbolçuların özlərinə inamları, xarakter göstərmələri qələbə ilə nəticələndi. Zamanla hər şey daha yaxşı olacaq. Müəyyən vaxt lazımdır. İnanıram ki, bu futbolçular növbəti illərdə yuxarı yaş qrupu üzrə millilərimizdə çıxış edəcəklər”.

Baş məşqçi Estoniya yığması ilə keçiriləcək son görüşdə də uğurlu nəticə əldə edəcəklərinə inandığını söyləyib:

“Estoniya ilə oyuna qədər iki gün vaxtımız var. Həm rəqibi, həm öz oyunumuzu təhlil edəcək, səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Əsas odur ki, uşaqlarda özünəinam, xarakter var. Fikrimcə, daha yaxşı ola bilərik. Məqsədimiz Estoniya üzərində də qələbə qazanmaqdır”.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi turnir çərçivəsində son oyununu aprelin 19-da Estoniya yığmasına qarşı keçirəcək.

Futbol
DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

DÇ-2022-də qalmaqal: Etoo azarkeşi döyüb - VİDEO

Futbol
DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

Futbol
AFFA rəsmisi "Fiorentina"nın oyununa təyinat alıb

AFFA rəsmisi "Fiorentina"nın oyununa təyinat alıb

Futbol
“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

Futbol
DÇ-2022: Açılış oyununda Qətər məğlub olub

DÇ-2022: Açılış oyununda Qətər məğlub olub

Futbol
Tanınmış futbolçu karyerasını "Barselona"da bərpa edib

Tanınmış futbolçu karyerasını "Barselona"da bərpa edib

Futbol
“Sumqayıt”ın istefaya göndərdiyi baş məşqçi “Şaxtyor”la anlaşıb

“Sumqayıt”ın istefaya göndərdiyi baş məşqçi “Şaxtyor”la anlaşıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Futbol
“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Futbol
"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

"Qarabağ Futbol Klubu"nun təsisçisi dəyişib

Futbol
"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

Futbol
Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”

Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”