Azərbaycan millisinin baş məşqçisi: "Xorvatiyaya qarşı yaxşı oyun nümayiş etdirdik"

Azərbaycan millisinin baş məşqçisi: "Xorvatiyaya qarşı yaxşı oyun nümayiş etdirdik"

Rəqibə qarşı yaxşı oyun nümayiş etdirdik.

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsində Xorvariyaya qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis 0:4 hesablı məğlubiyyəti şərh edib:

"Qrupun ən güclü kollektivinə qarşı oynadıq. Futzalçılarımızın oyunundan razı qaldım. AVRO-2026-nın əsas mərhələsinin bütün görüşlərində ikinci hissədə uduzurduq. Bu dəfə heç-heçəyə imza atdıq. Həmişə son 10 dəqiqədə yorğun olurduq. Oyunçularımız belə güclü rəqibə qarşı yaxşı oyun sərgilədilər".

O, yığmada çətinliklərin olduğunu söyləyib:

"Oyunçularımızın əksəriyyəti zədəli formada çıxış edirlər. Bununla belə, özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Düzdür, çatışmayan cəhətlərimiz var. İnanıram ki, gələcəkdə hər şey qaydasına düşəcək".

V.Borisov millinin heyətindən kənarlaşdırılan qapıçı Rövşən Hüseynli barədə danışmaq istəmədəyini bildirib:

"Bu məsələ ilə bağlı artıq çox danışılıb. Gələcəkdə nə olacağını zaman göstərəcək. Əgər Rövşən özünü yaxşı tərəfdən göstərsə yenidən komandanın heyətinə qayıda bilər".

Qeyd edək ki, yığma yer aldığı V qrupu 2 xalla sonuncu sırada başa vurub.

Futbol
"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

Futbol
Rəşad Sadıqov: "Elə "qırmızı" alsaydım, bəlkə mən də hər yeri qırıb-dağıdardım"

Rəşad Sadıqov: "Elə "qırmızı" alsaydım, bəlkə mən də hər yeri qırıb-dağıdardım"

Futbol
Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

Futbol
“Araz-Naxçıvan”ın “Kayrat”la oyunları üçün hakim təyinatları açıqlanıb

“Araz-Naxçıvan”ın “Kayrat”la oyunları üçün hakim təyinatları açıqlanıb

Futbol
Gəncə şəhər stadionunda tablo problemi: "Fors-major hallarda cərimə nəzərdə tutulmur"

Gəncə şəhər stadionunda tablo problemi: "Fors-major hallarda cərimə nəzərdə tutulmur"

Futbol
"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

Futbol
KİV: "Neftçi"nin baş məşqçisi "Styaua"ya qayıtmaqda israrlıdır

KİV: "Neftçi"nin baş məşqçisi "Styaua"ya qayıtmaqda israrlıdır

Futbol
Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş

Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş

Futbol
“Kəpəz” komandası Türkiyəyə yollanıb

“Kəpəz” komandası Türkiyəyə yollanıb

Futbol
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin şikayətini təmin edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin şikayətini təmin edib

Futbol
A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib