“Sumqayıt” səfərdə qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirilib.
QELEBE.AZ xəbər verir ki, "Sərhədçi" öz meydanında "Sumqayıt"la qarşılaşıb.
Qonaqlar rəqibi üzərində 100:95 hesablı qələbə qazanıblar.
İlk qarşılaşmada "Sərhədçi" qalib gəldiyi (123:97) üçün pley-offa vəsiqə qazanacaq tərəfin adına üçüncü matçda aydınlıq gələcək.
Qeyd edək ki, Pley-in mərhələsində iki qələbə əldə edən komanda pley-offa adlayır.

https://mail.qelebe.az//uploads/photo/sumqayit-seferde-qelebe-qazanib.webp