Minifutbol üzrə dünya çempionatının keçiriləcəyi Milli Gimnastika Arenasında görüləcək işlərin siyahısı açıqlanıb

Minifutbol üzrə dünya çempionatının keçiriləcəyi Milli Gimnastika Arenasında görüləcək işlərin siyahısı açıqlanıb

Minifutbol üzrə dünya çempionatı ilə bağlı Mili Gimnastika Arenasında görüləcək işlərin siyahısı açıqlanıb.

Bu barədə “Report”a Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.

O, yarışın keçiriləcəyi Milli Gimnastika Arenasında mayın əvvəlindən etibarən işlərə başlanılacağını deyib:

“Dünya çempionatında komandalar Almaniya istehsalı olan “Erima” topları ilə oynayacaqlar. Bu toplardan daha əvvəl keçirilən dünya və Avropa çempionatlarında, həmçinin Çempionlar Liqasında istifadə olunub. Mayın əvvəlində yarışın təşkil olunacağı Mili Gimnastika Arenasında işlər başlanacaq. Meydançalar salınacaq, bannerlər, ekran quraşdırılacaq. Yəqin ki, bu işlər iki həftədən çox davam edəcək”.

Baş katib Azərbaycan millisinin oyunundan əvvəl konsert proqramı təşkil olunacağını vurğulayıb:

"Dünya çempionatına qatılacaq komandalar mayın 19-dan etibarən Bakıya gəlməyə başlayacaqlar. Açılış mərasimi isə Azərbaycan millisinin oyunundan əvvəl olacaq. Həmçinin konsert proqramı təşkil ediləcək. Yığmanın təqvimi bəllidir. Mükafatlar, medallar hazırdır. Qalib komandaya veriləcək kubok da təqdim olunub. Milli üzvlərinin istifadə edəcəyi formaları da təqdim etdik”.

Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək təşkil olunacaq.

Futbol
Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Futbol
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

Futbol
"Qarabağ"ın rəqibi bir neçə futbolçunu əsas komandadan kənarlaşdıracaq

"Qarabağ"ın rəqibi bir neçə futbolçunu əsas komandadan kənarlaşdıracaq

Futbol
FİFA Mahir Emrelini diskvalifikasiya edib

FİFA Mahir Emrelini diskvalifikasiya edib

Futbol
“Traktor” əzəli rəqibinə qalib gəlib

“Traktor” əzəli rəqibinə qalib gəlib

Futbol
Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb

Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb

Futbol
XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilər bəlli olub

XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilər bəlli olub

Futbol
Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Futbol
İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

Futbol
“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

Futbol
Mahir Emreli: "Qələbəyə layiq idik"

Mahir Emreli: "Qələbəyə layiq idik"

Futbol
Ronaldunun posteri "Old Trafford" stadionundan götürülüb

Ronaldunun posteri "Old Trafford" stadionundan götürülüb