İngiltərədə "Mançester Siti"nin futbolçusunu yumruqlayan azarkeş həbs edilib

İngiltərədə "Mançester Siti"nin futbolçusunu yumruqlayan azarkeş həbs edilib

Azarkeş Alfi Holt İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Cek Qrilişin üzünə zərbə endirib. Hadisə İngiltərə futbol çempionatının 31-ci turunda "Mançester Yunayted"ə qarşı keçirilən matçdan sonra baş verib.

"Report"un məlumatına görə, bu barədə "Daily Mail" qəzeti xəbər verib.

Qarşılaşma aprelin altısında "Old Trafford" stadionunda keçirilib və komandalar 0:0 hesabı ilə heç-heçə edib. Qriliş meydana 74-cü dəqiqədə İlkay Gündoğanı əvəzləyərək çıxıb.

Nəşrin məlumatına görə, azarkeş və futbolçu arasında münaqişə tribuna altındakı otağa gedən yolda baş verib. 20 yaşlı Holt Qrilişə zərbə endirdiyinə görə həbs edilib.

Mənbənin məlumatına görə, azarkeşin məhkəməsi bu ilin iyul ayında Mançesterdə keçiriləcək. Klublar bu məlumatı şərh etməkdən imtina ediblər.

Qeyd edək ki, 29 yaşlı Qriliş 2021-ci ilin avqust ayından "Mançester Siti"də çıxış edir.

O, klub tərkibində ümumilikdə 154 oyun keçirib, 32 qol vurub və 41 məhsuldar ötürmə edib. "Mançester Siti" 31 tur keçirdikdən sonra 52 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində beşinci yerdədir. Komanda növbəti matçını aprelin 12- də evdə "Kristal Pelas"a qarşı keçirəcək.

Futbol
PSJ Messinin əvəzləyicisini tapıb

PSJ Messinin əvəzləyicisini tapıb

Futbol
Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Futbol
Niderland Seneqala qarşı - DÇ-2022

Niderland Seneqala qarşı - DÇ-2022

Futbol
“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

Futbol
İngiltərə yığmasının futbolçusu tarixə düşüb

İngiltərə yığmasının futbolçusu tarixə düşüb

Futbol
Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Futbol
DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

Futbol
Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Futbol
Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Futbol
"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

Futbol
"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

Futbol
Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb

Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb