Azərbaycan millisinin baş məşqçisi cəzalı futbolçunu meydana buraxmasına aydınlıq gətirib

Azərbaycan millisinin baş məşqçisi cəzalı futbolçunu meydana buraxmasına aydınlıq gətirib

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Həbib Ağayev Avropa çempionatının II seçmə mərhələsinin oyununda cəzalı futbolçu Pərişan Abdullayevanı meydana buraxmasına aydınlıq gətirib.

"Report"a açıqlama verən mütəxəssis iki sarı vərəqə alan futbolçunun üçüncü görüşə çıxmasının səbəbini belə izah edib:

"Qeyd olunan vəziyyət oyunçuların qeydiyyat sistemində baş vermiş texniki nasazlıqdan yaranıb. Sistem üzərindən futbolçunun iştirakı təsdiqləndiyi üçün texniki heyət həmin məlumata əsaslanaraq onun oyunda iştirakını təmin edib. Matçdan bir gün sonra turnirin deleqatının tövsiyəsinə uyğun olaraq futbolçunun üçüncü oyunda iştirakı təmin edilməyib".

Qeyd edək ki, I seçmə mərhələdə, Estoniya ilə qarşılaşmada (0:3) sarı vərəqə alan Pərişan Abdullayeva II seçmə mərhələnin Şimali İrlandiya ilə ilk görüşündə (0:4) də eyni halla üzləşib. O, bu səbəbdən Albaniya ilə oyunda iştirak etməməli idi.

Buna baxmayaraq, onun adı sözügedən matç üçün sistemə yüklənib və UEFA nümayəndəsi də bunu təsdiqləyib. Lakin həmin şəxs qarşılaşmadan sonra bunun fərqinə varıb. Sonradan Pərişan Abdullayeva sonuncu turda Monteneqro (1:2) ilə matçın iştirak ərizəsinə salınmayıb və cəzasını həmin görüşdə çəkib.

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Futbol
AFFA İntizam Məcəlləsində köklü dəyişikliklər etməyə hazırlaşır

AFFA İntizam Məcəlləsində köklü dəyişikliklər etməyə hazırlaşır

Futbol
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Futbol
"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

Futbol
“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

Futbol
Kriştiano Ronaldo “Əl-Nasr” klubunda oynayacaq - YENİLƏNİB

Kriştiano Ronaldo “Əl-Nasr” klubunda oynayacaq - YENİLƏNİB

Futbol
"Neftçi" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb

"Neftçi" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb

Futbol
KİV: Pelenin vəziyyəti pisləşib

KİV: Pelenin vəziyyəti pisləşib

Futbol
Ronaldo ilə Messi “All-Star” matçında üz-üzə gələcək

Ronaldo ilə Messi “All-Star” matçında üz-üzə gələcək

Futbol
Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Futbol
"Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb

"Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb

Futbol
Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Azərbaycan millisi tarixi nəticəyə imza atıb