AMADA rəsmiləri WADA-nın 2025-ci il üçün simpoziumunda iştirak ediblər

AMADA rəsmiləri WADA-nın 2025-ci il üçün simpoziumunda iştirak ediblər

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndə heyəti İsveçrənin Lozanna şəhərində yerləşən "Swiss Tech" Konqres Mərkəzində keçirilən Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2025-ci il üçün simpoziumunda iştirak ediblər.

AMADA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertlər, idmançılar və antidopinq üzrə peşəkarlar təmiz idmanın gələcəyi və idmançıların hüquqlarının qorunmasında innovativ yanaşmaları müzakirə etmək üçün bir araya gəliblər.

AMADA-nın nümayəndə heyəti WADA-nın 2025–2029-cu illər üzrə Strateji Planı, antidopinq sahəsində aparılan araşdırma və innovasiyalar, eləcə də 2027-ci il Ümümdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlara ediləcək yeniliklər barədə keçirilən plenar və paralel sessiyalarda 1000-dən çox iştirakçı ilə birlikdə müzakirələrə qoşulub. Tədbirin əsas mövzularından biri də məlumat verən şəxslərin (whistleblowers) idarə edilməsi, İdmançı Şurasının genişləndirilmiş rolu və dopinq testlərində kontaminasiya probleminin həlli yolları olub.

Simpoziumun ən dinamik hissələrindən biri ideaton sessiyası olub ki, burada AMADA-nın nümayəndələri qlobal antidopinq sistemində mövcud problemlərin həlli üçün innovativ ideyalar irəli sürüblər. Sessiyaların nəticələri bağlanış plenar iclasında təqdim edilib, gələcək üçün yaradıcı və praktik həll yolları qeyd olunub.

Tədbirdə həmçinin rəqəmsal innovasiyalar, data idarəçiliyi və antidopinq cəmiyyəti arasında daha güclü əməkdaşlıq əlaqələrinin qurulması kimi mühüm mövzular da diqqət mərkəzində olub. AMADA-nın nümayəndələri əməkdaşlıq və süni intellekt də daxil olmaqla, texnoloji inkişafların antidopinq səylərini və maarifləndirmə fəaliyyətlərini necə gücləndirə biləcəyi haqqında sessiyalarda fəal iştirak ediblər.

WADA-nın illik simpoziumu 2027-ci ildə Cənubi Koreyanın Busan şəhərində qəbul ediləcək Ümümdünya Antidopinq Məcəlləsi öncəsi mühüm tədbirlərdən biri hesab olunur. AMADA-nın bu simpoziumda iştirakı Azərbaycanın antidopinq siyasətinin formalaşmasında və təmiz idmanın beynəlxalq səviyyədə qorunmasında fəal rol oynadığını bir daha təsdiq edir.

Fərdi
Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Fərdi
Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Fərdi
"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

Fərdi
Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Fərdi
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Fərdi
Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Fərdi
Həbib Nurməhəmmədov MMA-dan gedib

Həbib Nurməhəmmədov MMA-dan gedib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib