Azərbaycan millisinin futzalçısı: “Avropa çempionatı bizə böyük təcrübə qazandırdı”

Azərbaycan millisinin futzalçısı: “Avropa çempionatı bizə böyük təcrübə qazandırdı”

Avropa çempionatı bizə böyük təcrübə qazandırdı.

“QELEBE.AZ” xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin üzvü Ədalət Ələkbərov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, Avropa çempionatının əsas mərhələsindəki nəticələri dəyərləndirib:

“Bizim üçün maraqlı turnir oldu. Rəqiblərimiz də Avropada seçilən komandalar idi. Çalışdıq oyunlara tam motivasiya, məsuliyyətlə çıxaq. Ancaq təcrübəsizlik sözünü dedi. İlk oyuna çox uğursuz start verdik. Halbuki Bosniya və Herseqovinaya həmin hesabla uduzmağa layiq deyildik. Əvəzində toparlandıq, ertəsi gün qrupun əsas favoriti hesab edilən Xorvatiyaya qarşı daha yaxşı oynadıq. Görüş heç-heçə başa çatsa da, qələbə qazana bilərdik. Bəlkə də Bosniya və Herseqovinaya qarşı da belə mübarizə aparsaydıq, meydanı xalla tərk edə bilərdik. Görünür, turnirin həyəcanı, erkən qol buraxmağımız fərqin böyüməsinə səbəb oldu. Son görüşümüz qardaş Türkiyə yığmasına qarşı oldu. Bu matç da kifayət qədər gərgin keçdi. Uduzsaq da, rəqib 3 xalı çətinliklə qazandı. Qrupun sürpriz komandası idi. Türkiyə ilə oyunda qaçırdığım epizodları düzgün dəyərləndirə bilsəydim, qələbə qazanardıq. Turnir bizə böyük təcrübə qazandırdı. Oyunlar göstərdi ki, istənilən rəqiblə mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür".

Komandanın seçmə mərhələdə vurduğu 5 qoldan üçünün müəllifi olan hücumçu nəticələrdən dərs çıxardıqlarını söyləyib:

“U-19-un ümumi çıxışı barədə danışsaq, ilkin mərhələdən başladıq. San Marinoda təşkil olunan qrup oyunlarında Kosovo favorit göstərilirdi. Ancaq onlara qalib gəlməklə əsas mərhələyə doğru böyük addım atmış olduq. Təəssüf ki, bu görüşdəki nəticə San Marino önünə bir qədər arxayın çıxmağımıza səbəb oldu. Hər şeyə rəğmən, ilk dəfə mərhələ adladıq. Əsas mərhələdə isə ilk xalımızı qazandıq. Yaxşı tərəfdən də seçilə bilərdik, sadəcə, ilk matçdakı həyəcan, oyuna tam köklənə bilməməyimiz mane oldu. Təbii ki, bunlar bizə yaxşı mənada dərs oldu. İndi çalışmalıyıq ki, özümüzü inkişaf etdirək, gələcəkdə əsas millinin heyətinə cəlb olunaq”.

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsində keçirdiyi oyunlarda Bosniya və Herseqovina (2:10) və Türkiyəyə (1:3) məğlub olub. Xorvatiya yığması ilə heç-heçə edib - 3:3. Komanda qrupu sonuncu pillədə başa vurub.

Futbol
Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Futbol
“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

“Səbail”in futbolçusu: “Braziliya – Argentina finalını izləmək istəyirəm”

Futbol
FIFA Messi ilə bağlı paylaşımı silib

FIFA Messi ilə bağlı paylaşımı silib

Futbol
“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

Futbol
İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

Futbol
Ronaldu DÇ-2022-nin qrup mərhələsində ən pis oyunçuların simvolik komandasına daxil edilib

Ronaldu DÇ-2022-nin qrup mərhələsində ən pis oyunçuların simvolik komandasına daxil edilib

Futbol
La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

Futbol
Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Futbol
"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Futbol
Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Futbol
DÇ-2022: Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala çıxıb

DÇ-2022: Mərakeş İspaniyanı məğlub edərək 1/4 finala çıxıb