"Beşiktaş" prezidenti TFF və MHK rəhbərlərini istefaya çağırıb

"Beşiktaş" prezidenti TFF və MHK rəhbərlərini istefaya çağırıb

Daha əvvəl xəbər verdiyimiz kimi, "Beşiktaş" - "Qalatasaray" matçı türk hakimə həvalə olunub.

QELEBE.AZ xəbər verir ki, "qara qartallar"ın prezidenti Serdal Adalı bu təyinatdan sonra bir sıra açıqlamalar verib.

Adalı bu qərarın düzgün olmadığını, TFF və MHK prezidentlərinin istefa verməli olduğunu dilə gətirib:

"Bu həftəsonu evimizdə “Qalatasaray”la qarşılaşacağıq. Bu oyunla bağlı olaraq xarici hakim tələbi irəli sürmüşdük. Əgər ölkəmizdə derbiləri xarici hakimlər idarə edəcəksə, bu, bütün oyunlara şamil edilməli idi. Bərabərlik və ədalət yalnız bu yolla təmin oluna bilərdi. Həmin gün türk hakimlərinə “Siz derbi idarə edəcək səviyyədə deyilsiniz” mesajı verildi. Ədalət çağırışımız, təəssüf ki, cavabsız qaldı. Yerli hakimlərin təyin olunması ilə TFF (Türkiyə Futbol Federasiyası) əzəli rəqiblərimizin oyuncağı olduğunu hər kəsə nümayiş etdirdi. Hakimləri soyunub-geyinmə otağına kilidləyib təhdid edən insanların türk futbolunu idarə etməsini gözləyə bilmərik. TFF artıq etibarlılığını itirdi. Hazırkı federasiya rəhbəri dərhal istefa verməlidir. Ədalətə və bərabərliyə xidmət edən, az da olsa şərəf və qürur hissi daşıyan federasiya üzvləri də istefa verməlidir. Bu sistemin içində olmaq istəməyən insanların mövcud olduğuna əminəm. Türk futbolunun heç bir qurumu derbiyə xarici hakim təyin edildikdən sonra buna qarşı lazımi reaksiya göstərmədi. MHK (Mərkəzi Hakimlər Komitəsi) öz hakimlərinə “Siz derbi idarə etməyə qadir deyilsiniz” mesajı verən TFF-yə qarşı heç bir etiraz etmədi. Baş verəcək hər hansı bir səhvin, derbi matçda yaşanacaq hər hansı bir problemin əsas məsuliyyəti TFF-nin üzərinə düşür".

Qeyd edək ki, martın 29-da keçiriləcək "Beşiktaş" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Futbol
Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol
"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarılıb

Futbol
İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

Futbol
AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

Futbol
DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

Futbol
DÇ-2022: Argentina Meksikanı məğlub edib

DÇ-2022: Argentina Meksikanı məğlub edib

Futbol
"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
PFL-in icraçı direktoru İsrail millisinin oyununa təyinat alıb

PFL-in icraçı direktoru İsrail millisinin oyununa təyinat alıb

Futbol
"Olimpiakos"un "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli olub

"Olimpiakos"un "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli olub

Futbol
"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər