Millimiz seçmə mərhələdə son oyununa çıxacaq

Millimiz seçmə mərhələdə son oyununa çıxacaq

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gələcək.

Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı portuqaliyalı baş hakim idarə edəcək. Görüş saat 13:00-da başlayacaq.

Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gələcəklər. Son tur öncəsi Lüksemburq 6 xalla qrupun lideridir. Azərbaycan və Bolqarıstan milliləri hərəyə 3 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşırlar. Qrup sonuncusu Malta seçməsinin aktivində xal yoxdur.

18 mart

Malta (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)

Bayıl stadionu. Saat 13:00

Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)

Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya), Erinda Kume (Albaniya)

Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)