"Sumqayıt"ın futbolçusu: "Uğursuzluq zolağına düşən komandalara istər-istəməz təzyiq olur" - MÜSAHİBƏ

"Sumqayıt"ın futbolçusu: "Uğursuzluq zolağına düşən komandalara istər-istəməz təzyiq olur" - MÜSAHİBƏ

"Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə "QELEBE.AZ"a müsahibə verib. O, komandasının uzun müddət uğursuzluq zolağına düşməsinin və qol vura bilməməsinin səbəblərindən danışıb. 23 yaşlı futbolçu hazırda kollektivdə birliyin olduğunu və "Kəpəz" üzərində qələbədən sonra işlərin qaydasına düşdüyünü söyləyib.

- Premyer Liqanın XXVI turunda "Kəpəz"i üç cavabsız qolla məğlub etdiniz. Oyun barədə nə deyə bilərsiniz?

- "Kəpəz"lə görüş bizim üçün xüsusi önəm daşıyırdı. Çünki 9 oyun idi ki, qələbə qazana bilmirdik. Bu azmış kimi, uzun müddət qol da vura bilmirdik. Şükürlər olsun ki, həm qollar vurduq, həm də lazım olan 3 xalı hesabımıza yazdırdıq.

- Komandanın uzun müddət qol vura bilməməsi və qələbəsizlik seriyası sizdə əlavə təzyiq yaradırdı?

- Uğursuzluq zolağına düşən komandalara istər-istəməz təzyiq olur. Bu, tək bizim başımıza gələn hadisə deyil. Vəziyyətdən çıxmağa çalışarkən işlər daha da çətinləşir. Çox fikirləşirsən və nəticədə psixologiya pozulur. Amma şükürlər olsun, uğursuzluğu üzərimizdən ata bildik.

- Uzun müddət fərqlənə bilməməyinizin əsas səbəbi nə idi?

- Rəqib qapısına yaxınlaşarkən doğru qərar qəbul edə bilmirdik. Bəzi epizodlarda tələsirdik, bəzən də gec qərar verirdik. Bu işdə ən doğru olanı etməlisən. Məncə, futbolda belə hallar olur.

- "Sumqayıt" mövsümün qalan hissəsində çempionatda qalmaq üçün mübarizə aparacaq. Komandada ab-hava necədir?

- Komandada ab-hava yaxşıdır. Uğursuzluq zolağına düşməyimizə baxmayaraq, hər zaman əhval-ruhiyyə qaydasında olub. Hər kollektivdə mehribanlıq olmalıdır. Bu, əsas amillərdən biridir. Komanda olaraq hər zaman bir olmuşuq və bu bərabərliyimiz davam edəcək.

- Mövsümün əvvəlində avrokuboklarda çıxış etmişdiniz. Həmin vaxt bu vəziyyətə düşəcəyiniz ağlınıza gəlirdi?

- Əlbəttə ki, xeyr. Heç kim mövsümün əvvəlində neqativ fikirlərə qapılmır. Həmçinin biz də uğurlu çıxış barədə düşünürdük. Lakin az əvvəl də dediyim kimi, futbolda bu cür hallar olur. Əsas odur ki, çətin vəziyyətlərdə bərabər olaq və düşdüyümüz durumdan qurtulaq. "Kəpəz"lə oyunda qələbə qazandıq. İnanıram ki, qələbələrin davamı gələcək.

- Qış fasiləsində heyətdə bəzi dəyişikliklər də oldu. Bu, komandaya necə təsir göstərdi?

- Təbii ki, hər yeni gələn oyunçunun uyğunlaşması müəyyən zaman alır. Komanda olaraq çalışırıq ki, onlara yardımçı olaq, özlərini rahat hiss etsinlər. Ümumiyyətlə isə, düşünmürəm ki, yeni gələnlərin komandanın çıxışında pis mənada hansısa təsiri olsun. Biz bir komandayıq və udanda da, uduzanda da hamımız eyni dərəcədə məsuliyyət daşıyırıq.

- Növbəti turda avrokuboklar uğrunda mübarizə aparan "Turan Tovuz"un qonağı olacaqsınız. Bu görüşlə bağlı fikriniz necədir?

- Tovuz səfərləri hər zaman çətin olur. Lakin fikrimiz birdir: qələbə üçün meydana çıxacağıq. Ümid edirəm ki, istədiyimizi əldə edə biləcəyik.

Futbol
"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

Futbol
"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

Futbol
"Mançester Yunayted" Ronaldunun qalmaqallı müsahibəsi ilə bağlı bəyanat yayıb

"Mançester Yunayted" Ronaldunun qalmaqallı müsahibəsi ilə bağlı bəyanat yayıb

Futbol
Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Futbol
Avropa Liqası: Daha bir komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Daha bir komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək

Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək

Futbol
Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"

Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"

Futbol
"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

Futbol
Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Futbol
DÇ-2022: Cənubi Koreya 1/8 finala çıxıb, Uruqvay və Qana qrupda qalıb

DÇ-2022: Cənubi Koreya 1/8 finala çıxıb, Uruqvay və Qana qrupda qalıb

Futbol
Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Futbol
Azərbaycanlı mütəxəssis Moldova klubunun baş məşqçisi olub

Azərbaycanlı mütəxəssis Moldova klubunun baş məşqçisi olub