Millimiz Yunanıstana məğlub oldu
Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində səfərdə Yunanıstan seçməsinə məğlub olub.
QELEBE.AZ xəbər verir ki, paytaxt Afinadakı "DAİS Sports Hall"da baş tutan V qrupun matçında yığma 2:3 hesabı ilə uduzub.
Millimizin heyətində (32, 39) Kənan Manafov dubl müəllifi olub.
Qeyd edək ki, tərəflər arasında Bakıda baş tutan ilk matçda qalib müəyyənləşməyib - 2:2.

https://mail.qelebe.az//uploads/photo/millimiz-yunanistana-meglub-oldu.webp