Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb

Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov qurumun strukturuna daxil olan olimpiya idman komplekslərinin, digər idman qurğularının və uşaq-gənclər idman məktəblərinin (UGİM) rəhbərləri ilə görüşüb.

Nazirlikdən "QELEBE.AZ"a verilən məlumata görə, görüşün məqsədi barədə danışan nazir paytaxtda və eləcə də bölgələrdə idman qurğularının, olimpiya idman komplekslərinin, həmçinin UGİM-lərin fəaliyyətinin daha səmərəli təşkil edilməsinin qarşıda duran əsas məqsəd olduğunu söyləyib.

O bildirib ki, bunun üçün də onların bir-biri ilə əlaqəli fəaliyyəti təmin edilməli, kadr məsələləri diqqət mərkəzində saxlanılmalıdır.

Sosial media, marketinq sahəsində səmərəli fəaliyyətin təşkil edilməsi, idman qurğularında olan avadanlıqların qorunub saxlanması və onlara vaxtlı-vaxtında düzgün texniki qulluqların göstərilməsi, hovuzların il ərzində səmərəli fəaliyyətinin təmin edilməsi və digər məsələlər birgə müzakirə olunub, komplekslərin hazırkı fəaliyyəti və vəziyyətləri barədə hesabat dinlənilib. Həmçinin Olimpiya Komplekslərinin mehmanxana fəaliyyətlərinin müasir standartara uyğun qurulması yönündə görülən işlər barədə məlumat verilib.

Görüşdə nazirliyin strukturunda olan UGİM-lərin vəziyyəti barədə də hesabat təqdim olunub. Kompleks direktorları və UGİM rəhbərlərini narahat edən məsələləri dinləyən nazir bu sahədə müvafiq tövsiyələr verib.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov və nazirliyin digər əməkdaşları da iştirak ediblər.

Fərdi
Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Fərdi
Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Fərdi
Azərbaycan güləşçilərinin 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan güləşçilərinin 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Fərdi
Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Fərdi
Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb

Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb

Fərdi
Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Fərdi
Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Fərdi
Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Fərdi
Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib